Siyasət

“Rusiya ilə danışıqlarda Kiyevə lazım olan nəticə yoxdur” - Zelenski

1 Mart 2022 08:03
0 Şərh     Baxış: 2 975

"Rəsmi Kiyev və Moskva arasında aparılan danışıqların nəticələrinə görə, hələlik Ukraynaya lazım olan heç bir nəticə yoxdur"

"Report" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.

"Ukrayna və Rusiya arasında danışıqların birinci raundu baş tutub. Hələlik əldə etmək istədiyimiz nəticə yoxdur", - deyə Zelenski əhaliyə videomüraciətində bildirib.

Onun sözlərinə görə, Kiyev öz nümayəndə heyətinin qayıtmasından sonra Rusiya ilə danışıqların nəticəsini təhlil edəcək və danışıqların ikinci raunduna necə keçəcəyinə qərar verəcək.

Qeyd edək ki, fevralın 28-də Belarus ərazisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.