Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Twitter-dəki rəsmi profilində Bakıdakı Ekspo Mərkəzin elektron tablosunda əks olunmuş Azərbaycant və Ukrayna bayraqlarını fotosunu paylaşıb.
Milli.Az bildirir ki, səfir tvitində yazıb: "Ukraynaya humanitar yardım aparan ikinci təyyarənin yola düşməyə hazırlandıığı Bakı hava limanına gedərkən".
Səfir fotonu yeni sanıb.
Əslində isə bu foto 2019-cu ilin dekabrın 17-də, Bakıda rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən İnstagram profilində paylaşılmışdı.
V.Zelenski həmin paylaşımda yazmışdı: "Bakı. Rəsmi səfər. Qeyri-rəsmi foto".
Milli.Az