Siyasət

Həmsədrlər Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə görüşəcəklər

6 May 2010 15:24
Baxış: 171
Bu barədə həmsədrlərin bu gün yaydığı birgə bəyanatda bildirilir. Bəyanatda qeyd olunur ki, həmsədrlər mayın 5-də ATƏT-in Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların gedişi barədə məlumatlandırıblar: "Həmsədrlər həmçinin tərəflərin Madrid prinsipləri və həmsədrlə ölkələrin prezidentlərinin 2009-cu ilin iyulunda Akvilldə verdiyi birgə bəyanatda əksini tapmış prinsiplər əsasında tərəqqi əldə etməyə hazır olduqlarını vurğulayıblar. Vyanaya son səfəri zamanı Rusiyalı həmsədr Yuri Merzlyakov öz xələfi İqor Popovu yeni həmsədr qismində təqdim edib".

/APA/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.