Siyasət

"Taliban"dan Rusiyaya: "Yetər artıq!"

25 Fevral 2022 13:46
5 Şərh     Baxış: 4 461

"Taliban" hərəkatı Rusiya və Ukraynanı sülh danışıqlarına, Rusiyanı Ukraynada hərbi əməliyyatarı dayandırmağa çağırıb.

Milli.Az CNN-ə istinadən bildirir ki, "Taliban"ın Siyasi Şura üzvü Əbdül Qəhhar Bəlxi Twitter-dəki akkauntunda xüsusi bəyanat yayıb.

"Əfqanıstan İslam Əmirliyi olaraq Ukraynadakı situasiyanı diqqətlə izləyir, dinc əhali arasında tələfatla bağlı ciddi narahatlığımızı bildiririk.

Ukraynadakı situasiya bizi dərindən və ciddi şəkildə qayğılandırır. Tərəfləri dərhal danışıqlar masası arxasına oturmağa, sülhün yollarını aramağa çağırırıq. Dinc insanlar Rusiyaya "Yetər artıq!" deyirlər. Ümid edirik ki, günahsız insanların həlak olduğu, qadın və uşaqların əzab çəkdiyi bu silahlı qarşıdurma tezliklə başa çatacaq. Qarşıdurma beynəlxalq hüquq prinsipləri çərçivəsində, dialoq vasitəsilə həllini tapmalıdır".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.