Siyasət

Ukraynanın Milli Qəhrəmanı Vidadi döyüşdədir - FOTO

25 Fevral 2022 11:06
5 Şərh     Baxış: 5 566

Ukraynanın Milli Qəhrəmanı, azərbaycanlı Vidadi İsrafilov da hazırda döyüşdədir.

Məşhur "Azov" taborunda döyüşən zabit Vidadi İsrafilov indi ən ağır hərbi əməliyyatların getdiyi bölgədədir.

Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, əslən Şəkidən olan 55 yaşlı V.İsrafilov iki övlad atasıdır. O, 1999-cu ildən bəri Ukraynada yaşayır, Ukrayna vətəndaşıdır.

V.İsrafilovun qızı Ukrayna DİN-nin Milli Akademiyasını, oğlu isə Kiyev Milli İnşaat və Memarlıq  Akademiyasını başa vurub.

Əvvəllər inşaat şirkətində işləmiş V.İsrafilov 2014-cü ildə könüllü olaraq "Azov" taburuna qoşulub.

İndi o, Xerson istiqamətindəki döyüşlərdə iştirak edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.