Ukraynanın paytaxtı Kiyevə səhər saatlarında da raket-bomba zərbələri endirilib.
Milli.Az Ukrayna mediasına istinadən bildirir ki, hazırda İvankovo yaxınlığında döyüşlər gedir. Rusiya hərbçiləri Vışqorod səmtindən Kiyevə girməyə çalışırlar.
Səhər saatlarında Ukraynanın Hava Hücumundan Müdafiə Qüvvələri Kiyev səmasında Rusiyanın döyüş PUA-sını vurublar. Yanan qalıqlar yaşayış binasına düşüb, yanğın başlayıb.
Səhər saat 4 radələrindən etibarən Rusiya ordusunun tankları Kiyevə doğru hərəkətə başlayıb.
Milli.Az