Siyasət

"Kiyevə doğru 18 İl-76 ilə desant daşınır" - Şok iddia

24 Fevral 2022 22:04
0 Şərh     Baxış: 2 778

Rusiya Federasiyasının Pskov şəhərindən Ukraynanın paytaxtı Kiyev istiqamətə 18 hərbi-nəqliyyat İl-76 təyyarəsi uçur.

Milli.Az "Ukrainskaya Pravda"ya istinadən bildirir ki, "Bellingcat" araşdırmaçı jurnalistlər qrupunun rəhbəri Kristo Qrozev Twitter-dəki mikrobloqunda bu barədə məlumat verib.

"Rusiya ordusunun hərbi desantını daşıyan bu təyyarələr az sonra Kiyevə çatacaqlar. Onların məqsədi Kiyevi ələ keçirmək və hakimiyyəti devirməkdir", - K.Qrozev yazıb.

Kiyev meri V.Kliçko isə şəhərdə vəziyyətin nəzarət altında olduğunu bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.