Siyasət

Azərbaycan Ərzurumda konsulluq açacaq

6 May 2010 09:13
Baxış: 185
Azərbaycan Türkiyənin Ərzurum vilayətində konsulluq açacaq. Bu barədə məlumatı Azərbaycanın Qarsdakı sabiq, İstanbuldakı yeni baş konsulu Həsən Zeynalov verib. H. Zeynalov bu barədə Müstəqil Sənayeçi və İşadamları dərnəyinin (MÜSİAD) Ərzurum şöbəsinin sədri Mustafa Güvənlinin Azərbaycanın Qars konsulluğunu ziyarəti zamanı danışıb. Baş konsul artıq bu məsələ ilə bağlı ilk addımların atıldığını deyib.

MÜSİAD-ın şöbə sədri Mustafa Güvenli Həsən Zeynalovu mayın 8-də Ərzurumda qurumları tərəfindən keçiriləcək tədbirə dəvət edib.

Həsən Zeynalov isə öz növbəsində Mustafa Güvənli vasitəsilə ərzurumlu işadamlarını Azərbaycana investisiya qoymağa dəvət edib, bu şəhərdə açılacaq konsulluğun iki ölkə arasında əlaqələri qüvvətləndirəcəyini deyib: "Ərzurumda konsulluq açaraq iki ölkə arasındakı diplomatik, ictimai və iqtisadi əlaqələrimizi daha da gücləndirməyi hədəfləyirik".

/ANS Press/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.