Sevil Mikayılova: "ASAN xidmət” və DOST mərkəzləri Azərbaycan intellektinin məhsulu olan milli brendlərimizdir
Prezident İlham Əliyevin yürütdüyü siyasətin mərkəzində hər zaman Azərbaycan vətəndaşı və onun rifahı dayanıb. Ötən illər ərzində sosial xidmətlərin daha innovativ və əlçatan olması, vətəndaşların sosial rifahının yaxşılaşdırılması üçün silsilə tədbirlər keçirilir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biri vətəndaşlara xidmət səviyyəsinin yüksəldilməsidir. Bu siyasətin nəticəsidir ki, xidmət sektorunda qabaqcıl innovasiyalar tətbiq olunur. "ASAN xidmət" və DOST kimi brendlərin yaradılması bu mənada inqilabi yenilik oldu. Beləliklə, bu sahədə uzun illər mövcud olan neqativ hallar, çatışmazlıqlar aradan qaldırıldı.
"Vətəndaşlara xidmət sektorunda xüsusilə "ASAN xidmət"in və DOST mərkəzlərinin fəaliyyətini qeyd etmək xüsusilə vacibdir. 2007-ci ildə elektron hökumətin əsasının qoyulmasından sonra bu sahədə əldə etdiyimiz uğurlar bu prosesi sürətləndirdi. "ASAN xidmət" mərkəzlərinin yaradılması xidmət sektorunda şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizədə uğurlu təcrübə oldu. Vətəndaş müraciətlərinin operativ, vaxt itkisinə yol vermədən, keyfiyyətli kommunikasiya qurmaqla cavablandırılması təbii ki, bu mərkəzləri vətəndaşların alternativsiz seçiminə çevirdi. Keyfiyyətli xidmət buraya gələnlərin sayının durmadan artması ilə nəticələndi. Aparılan sorğular əhalinin "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərdən məmnunluğunun 99,5 faiz olduğunu göstərir", - deyə deputat bildirib.
S.Mikayılova əlavə edib ki, "ASAN xidmət" Azərbaycan brendi olaraq dünyada ilk dəfə ölkəmizdə tətbiq olunub və hazırda uğurlu, sınanılmış Azərbaycan təcrübəsi kimi tanınır, ona böyük maraq göstərilir. Müxtəlif ölkələr bu sistemin öyrənilməsi və tətbiqi üçün Azərbaycanla əməkdaşlıq edir. Onun sözlərinə görə, "ASAN xidmət" sahələrində əldə edilən uğurlu təcrübə öz növbəsində DOST agentliyinin yaradılmasına yol açdı: "DOST mərkəzləri əsasən sosial xidmətlərlə əhatə olunaraq, sosial sahədə vətəndaşların müraciətlərinin yüksək səviyyədə yerinə yetirilməsinə imkan yaradır. Sosial xidmətlər sahəsində aparılan islahatlar, DOST mərkəzlərində xidmətlərin elektronlaşdırılması və bir mərkəzdən təqdim edilməsi, həmçinin xidmətlərə əlçatanlığının asanlaşması vətəndaşların ürəyincə olmaqla bərabər, şəffaflığı təmin edir".
Deputat qeyd edib ki, bu gün paytaxt və Abşeronda beş DOST mərkəzi fəaliyyət göstərir. 2021-ci ildə bu mərkəzlərdə 410 min 575, ümumilikdə, ötən dövrdə isə 651 min 155 vətəndaşa xidmət göstərilib. DOST mərkəzlərində göstərilən xidmətlərdən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faizdir.
Deputat vurğulayıb ki, "ASAN xidmət" və DOST mərkəzləri Azərbaycan intellektinin məhsulu olan milli brendlərimizdir. Gələcəkdə elektron hökumət modelinin inkişaf etdirilməsi digər sahələrdə də daha innovativ həllərin tapılmasına gətirib cıxaracaq. Sosial xidmətlərin intensiv elektronlaşması artıq sosial sifarişdir və müasir çağırışlara uyğunlaşmaq üçün lazımi intellektual potensiala malikdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ukrayna səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Türkiyə səfirliyi Azərbaycanın Dövlət Suverenliyi Gününü təbrik edib
-
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
-
Ceyhun Bayramov ABŞ-a getdi
-
Dövlət Suverenliyi Günü milli birliyin rəmzidir - Kamaləddin Qafarov
-
İsrail səfirliyi Azərbaycanı Suverenlik Günü münasibətilə təbrik edib
XƏBƏR LENTİ
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi
-
Qələbələr, rekordlar və unudulmaz anlar: Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot - (Foto)
-
Bilgəhdə dənizdə boğulanlar tələbələr imiş - (Yenilənib/Video)
-
Üzeyir Mehdizadə tənqidlərə cavab verdi - (Video)
-
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırdı - Səbəb
-
Bakıda nəhəng monitor qadının üstünə aşdı - (Video)
-
10 min manatlıq oğurluq edən şəxslər tutuldular
-
Məşhur supermodelin oğlu dünyasını dəyişdi - (Foto)
-
Restoranda mühafizəçi işləyən kişinin meyiti tapıldı
-
“Şamaxinka”da avtobuslarla bağlı dəyişiklik - Bu marşrutlar dayanacaqdan çıxarılır
-
Narkotikə görə saxlanılan Melis Sezenin aylıq gəliri üzə çıxdı - (Foto)
-
Kadırov seçkidə 99,85 faiz səs topladı
-
Cəlilabadda itkin düşən şəxsin qətlə yetirildiyi üzə çıxdı - Şübhəli tutuldu
-
AMB faiz qərarını açıqlayacaq
-
Çində fabrikdə dəhşətli yanğın: 8 nəfər öldü - (Video)
-
Sentyabrın son həftəsi 3 bürc üçün düşərli olacaq
-
Bakıda avtobus sürücülərindən maraqlı ifa - (Video)
-
Hərbi xidmətdə həbs olunan şəxsin aqibəti necə olacaq?
-
Yasamalda 70 yaşlı qadın dələduzluq etdi
-
Gömrükdə yeni qayda: Bəzi malların bəyan edilməsi sadələşdirilir - (Video)
-
“Komedixana” aktyorlarının rəqsi gündəm oldu – (Video)





