20 Yanvar Azərbaycan xalqı üçün müstəqillik mübarizəsinin rəmzidir
20 Yanvar Azərbaycan xalqı üçün müstəqillik uğrunda mübarizənin rəmzidir. 20 Yanvar həm faciə, həm də qəhrəmanlıq nümunəsidir. 20 Yanvar hadisələri xalqımızın milli şüuruna kədərli, eyni zamanda, XX əsr Azərbaycan tarixinin dönüş əhəmiyyətli hadisəsi kimi daxil oldu.
Milli Məclisin deputatı Sevinc Hüseynova Trend-ə bildirib ki, 20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq istəyinin oyanış günü idi.
"Bu, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Öncədən hazırlanan bu təcavüzkarlıq aksiyasının məqsədi Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq idi.
Lakin bu hadisə xalqımızın mübarizlik ruhunu qıra bilmədi, əksinə, törədilmiş vəhşiliyin qanlı nəticələri, xəyanətkar izləri milyonlarla insanı eyni bir məcraya yönəltdi. Yumruq halına gəlmiş xalqımız heç bir hərbi gücün ram edə bilməyəcəyi qüdrətli bir sipərə döndü. Vətəndaşı olduğu dövlətdən xəyanət və qəddarlıq görmüş xalqımız Mərkəzi Komitənin qarşısına axışaraq, qorxub çəkinmədən zirehli texnikanın əhatəsində qalmış dinc əhalimizə, soydaşlarımıza qoşulmağa can ataraq tez bir zaman ərzində zirehli texnikadan hörülmüş hasarı uçurub Sovet rəhbərliyinə əks çıxış etməyə başladı.
Beləliklə, totalitar rejimin işlətdiyi, qurduğu plan onun özünə qarşı yönəldi. Çoxsaylı insanların, o cümlədən müxtəlif din və xalqların nümayəndələrinin qətlə yetirildiyi amansız bu cinayət nəinki xalqımızı qorxutmadı, əksinə, müstəqillik iradəsini möhkəmləndirdi. Məhz bu səbəbdən də faciəvi olsa da, həmin gün Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixində həm də qəhrəmanlıq səhifəsi oldu", - deyə deputat bildirib.
O qeyd edib ki, bu tarixi gündə ilk siyasi qiymət dərhal ümummilli lider Heydər Əliyev tərəfindən verildi.
"Özü də imperiyanın mərkəzi - Moskva şəhərində. Bununla da, SSRİ rəhbərliyinin gizlətməyə çalışdığı hadisə, informasiya ictimailəşdi. Bu həmin zaman böyük cəsarət tələb edirdi. Həmin vaxt, atası üçün ağır günlərdə onunla birlikdə olan, 30 il sonra Azərbaycanın Qələbə Səlnaməsinin müəllifi və yaradıcısı olan Müzəffər Ordunun Ali Baş Komandanı, ölkə Prezidenti cənab İlham Əliyev idi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 il sonra əldə etdiyi qələbə ilə şəhidlərimizin narahat ruhuna rahatlıq gətirdi", - deyə S.Hüseynova bildirib.
Siyasi şərhçi Elçin Mirzəbəyli isə Trend-ə açıqlamasında bildirib ki, 20 Yanvar hadisələrində Azərbaycan xalqının nümayiş etdirdiyi müqavimət əzmi millətimizin azadlıq və istiqlal mücadiləsini simvolizə edən, tariximizdə, yaddaşımızda dərin izlər buraxan qərəmanlıq rəmzidir.
"Bu hadisədən 32 il keçməsinə baxmayaraq, xalqımız və dövlətimiz 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur, öz azadlığı naminə həyatını qurban verməyə hazır olan qəhrəmanların varisləri olduğumuzu, müstəqilliyimizin ana südü qədər bizə halal olduğunu bütün dünyaya nümayiş etdirir.
Mən, bir çox həmyaşıdlarım kimi 20 Yanvar 1990-cı ildə sovet ordusunun hərbi birləşmələri tərəfindən mərkəzi hakimiyyətin xalqımıza qarşı ədalətsiz münasibətinə dinc etirazını bildirən həmvətənlərimizə necə divan tutulduğunun şahidiyəm. SSRİ mərkəzi hakimiyyətinin xüsusi hazırlıq keçmiş, xalqımıza qarşı nifrət üzərində köklənmiş hərbi cinayətkar dəstələri dinc insanlara, uşaqlara, qadınlara, yaşlılara qarşı xüsusi amansızlıq nümayiş etdirirdilər.
Gözümüzün önündə binalar, evlər yaylım atəşinə tutulur, yalın əlindən, yumruğundan başqa silahı olmayan insanlar xəbərdarlıq edilmədən qətlə yetirilirdilər. Bütün bu davranışlar sübuta yetirirdi ki, Sovet ordusunun hərbi birləşmələri Azərbaycana, o cümlədən paytaxt Bakıya, cani Mixail Qorbaçov başda olmaqla bir sıra SSRİ rəsmilərinin iddia etdiyi kimi "etirazları yatırmaq" üçün deyil, Azərbaycan xalqını qırğına vermək, cəzalandırmaq üçün yeridiliblər. Məqsəd isə, Qarabağın Azərbaycandan qopardılmasına qarşı ayağa qalxan azərbaycanlıların iradəsini qırmaqdan, bizi təslimçiliyə sövq etməkdən, Azərbaycan xalqının timsalında azadlığına qovuşmaq üçün dinc mücadilə aparan digər xalqların da gözünü qorxutmaq idi", - deyə E.Mirzəbəyli bildirib.
O qeyd edib ki, Mixail Qorbaçov öz uğursuz "yenidənqurma siyasətinə" tabe etdirməyə çalışdığı xalqlara, SSRİ-nin subyekti olan respublikalara Bakıda, Azərbaycan xalqını qırğına verməklə "dərs keçmək" istəyirdi.
"Amma son nəticədə bunun əksi oldu. 20 Yanvar qətliamı SSRİ-yə olan inamı kökündən sarsıtdı və "xalqlar həbsxanası"nın süqutunu daha da tezləşdirdi.
20 Yanvar faciəsini xatırlayarkən, şübhəsiz ki, həmin dövrdə tamamilə informasiya blokadasında olan, təklənmiş, küncə sıxışdırılmış xalqımızın müqavimətinin davam etdiyini və bu prosesdə Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətini də xüsusi vurğulamaq lazımdır. Çünki məhz xalqımızın böyük oğlunun Azərbaycan xalıqına divan tutulması əmrinin verildiyi bir şəhərdə - Moskvada yerləşən daimi nümayəndəliyimizdə keçirdiyi mətbuat konfransı xalqımızın mübarizə əzminin qırılmamasında, müstəqillik uğrunda mücadiləsinin davam etdirilməsində müstəsna rol oynadı.
Heydər Əliyev öz xalqının fədakar oğlu və cəsarətli lideri kimi SSRİ-nin mərkəzi hakimiyyətinin bütün təzyiq və təhdidlərinə baxmayaraq, azərbaycanlıların öz hüquqları uğrunda dinc etiraza qalxdıqlarını bütün dünyaya çatdırmağı bacardı, Mixail Qorbaçovun və ətrafının yanvarın 20-də baş verənlərlə bağlı dünyaya uydurduqları yalanları darmadağın etdi. Heydər Əliyevin qətiyyətli və cəsarətli mövqeyi nəticəsində Moskvanın xalqımıza vurmağa çalışdığı "ekstrimist", "terrorçu" damğası dinc insanlara divan tutan cinayətkar ordunun və qətliamın siyasi sifarişini verənlərin alnına basıldı.
20 Yanvar hadisələrindən ötən dövr ərzində çox böyük çətinliklərdən keçdik, torpaqlarımız işğal altına düşdü, lakin siyasi liderlərimizin - Heydər Əliyev və İlham Əliyevin strateji düşüncələri bizi bir millət və dövlət olaraq yenidən dirçəltdi və məğlub toplumdan qalib xalqa çevirdi. Bu gün bütün şəhidlərimizin ruhu şaddır. Onlar Azərbaycan xalqının yaddaşında Bütöv Azərbaycanın qəhrəmanları kimi əbədiyyətə qədər yaşayacaqlar", - deyə E.Mirzəbəyli vurğulayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
İtaliyanın Baş naziri yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident İlham Əliyevə təşəkkür edib
XƏBƏR LENTİ
-
İllərdir zibil kimi atırdıq: Sən demə, saç tökülməsini bıçaq kimi kəsirmiş
-
Gələcəyin dili: Dünyanın ən varlı insanları niyə uşaqlarına Çin dili öyrədirlər?
-
Çəngəl-bıçaq siyirtməsinə tabaşir qoyanların sayı sürətlə artır
-
Psixoloqlara görə kişilərin izahat vermədən yoxa çıxmasının səbəbləri
-
Müddəti bitən kredit kartlarını qayçı ilə kəsib atanlara xəbərdarlıq
-
Maşın da yumuşam, təkər də qaraltmışam, "bakkuş" da satmışam - Aktyor Səmimi Fərhadla müsahibə
-
Bu xəbərlər Samiri depressiyaya salıb
-
Qızılın qiyməti yenidən ucuzlaşdı - (Video)
-
Günün qoroskopu: Heç kəsə görə özünüzü dəyişməyin
-
Hər dəfə saata baxanda niyə eyni rəqəmləri görürük? - açıqlama
-
AYNA: 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
"Barselona"nın ulduzu PSJ və "Real"a qarşı oyunları buraxacaq
-
Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər
-
Təyyar Bayramovun yubileyidir - (Video)
-
Yasamalda yeni yol və tunel inşa ediləcək - evlər söküləcək - (Video)
-
“Boş evdə tək oturub ağlayıram” - Cennifer Lopez
-
İnterneti Wi-Fi olmadan paylaşmağın yolu
-
Mircəlal Qurbanovu anasının 70 illiyinə Xalq artistləri gəldi - (Foto)
-
Daşınmaz əmlak bazarında yeni qiymət artımı - (Video)
-
İcra başçısı məmuru danladı: "Camaatın ağzından vurmayın" - (Video)
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var - Yenilənib
-
“Birliyin Gücü - 2026" hərbi təlimində kiberəməliyyat fəaliyyətləri uğurla icra edilib - (Foto/Video)
-
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
-
Suraxanıda su olmayacaq





