Tokayev deyir qoşunlar üç gün sonra çıxacaq, Şoyqu isə deyir “kefi istəyənə qədər” qalacaq...
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin onun çağırışı ilə ölkəyə yeridilən KTMT qüvvələrinin üç gün sonra-yanvarın 13-dən etibarən çıxarılacağı, prosesin 10 gün ərzində yekunlaşacağı haqda bəyanatının ardınca Rusiyadan bu qrafiki şübhə altına alan bəyanat eşidilib.
Milli.Az virtualaz.org-a istinadən bildirir ki, müdafiə naziri Sergey Şoyqu KTMT qüvvələrinin Qazaxıstanda "vəziyyətin tam stabilləşməsinə qədər" qalacağını bildirib. Onun sözlərinə görə, KTMT qüvvələri hazırda Qazaxıstanda mühüm dövlət obyektlərini və sosial əhəmiyyətli obyektləri qoruyur.

Şoyqu əlavə edib ki, KTMT qüvvələrinin Qazaxıstana yeridilməsi əməliyyatı cəmi üç günə-yanvarın 9-na qədər başa çatdırılıb. Onun sözlərinə görə, əməliyyatın bu cür qısa zamanda başa çatdırılması KTMT üzvü olan ölkələrin silahlı qüvvələrinin uzlaşdırılmış işi, habelə Suriya və Dağlıq Qarabağda əldə edilmiş təcrübə sayəsində mümkün olub.
Xatırladaq ki, ötən gün prezident Putin də KTMT qüvvələrinin Qazaxıstanda "vəziyyətin tam sabitləşməsinə qədər" qalacağını vurğulamışdı.
"Vəziyyətin tam sabitləşməsi" isə indiki halda qeyri-müəyyən və subyektiv anlayışdır, üstəlik Qazaxıstanda vəziyyətin "tam sabitləşməsi" barədə kimin qənaətinin əsas götürüləcəyi də aydın deyil. Belə görünür ki, bu məsələdə məhz Rusiyanın gəldiyi qənaət əsas götürüləcək. Çünki indiki halda Tokayev KTMT qüvvələrinin missiyasının artıq başa çatdığını, vəziyyətin sabitləşdiyini deyir və qoşunların çıxarılması prosesinin cəmi üç gün sonra başlayacağını bildirir. Lakin onun ardınca Şoyqu hər hansı konkret müddət göstərmir və qoşunların "vəziyyətin tam sabitləşməsinə qədər" qalacağını vurğulayır. Bu isə o deməkdir ki, qoşunların çıxarılması Tokayevin açıqladığı tarixdə başlamayacaq, KTMT, yaxud Rusiya qüvvələrinin ən azından bir qismi uzun müddətə Qazaxıstanda qalacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
-
Azərbaycan və Ermənistan sülhə doğru irəlilədikcə, bu film yanıldıcı mənzərə yaradır
-
Sahibə Qafarova Alimlər və Parlamentarilər üçün 4-cü beynəlxalq seminarda çıxış edib - (Foto)
-
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinə yeni sədr təyin olundu
-
Prezident İlham Əliyev Fəxri Kazımovu vəzifəsindən azad etdi
-
Əziz Səncər “Şöhrət” ordeni ilə təltif edilib - SƏRƏNCAM
XƏBƏR LENTİ
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Şəkidə məşhur əyləncə mərkəzində faciə: İki nəfər öldü - Yenilənib - (Video)
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi
-
Motoxuliqanlıq edən 30 sürücü saxlanıldı
-
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
-
"Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
-
İran var gücü ilə özünü müdafiə edəcək
-
Toyda arvadına kilolarla qızıl taxan fenomen həbs edildi
-
6 milyon manatdan çox ƏDV qaytarılıb
-
Ali Məhkəmədən onlayn kreditlərlə bağlı mühüm açıqlama
-
“Qızıl top”u özümə verərdim” - Mbappe
-
Bu ölkələrdə vahid turistik viza rejimi tətbiq olunacaq
-
Macarıstan 10 rus diplomatını ölkədən çıxarır





