Rusiya Müdafiə Nazirliyi 18 dekabr tarixində əsir düşmüş hərbçilərimizin təhvil verilmə şəkillərini paylaşıb.
Milli.Az fotoları təqdim edir. Xatırladaq ki, dekabrın 18-də gündüz saatlarında Laçın rayonunun dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun iki hərbi qulluqçusu əsgər Hüseynov Teymur Ələddin oğlu və əsgər Mustafayev Murad Mikayıl oğlu əlverişsiz hava şəraitində yolu azaraq qarşı tərəfə keçib.
Aparılmış danışıqlar nəticəsində hərbi qulluqçuların dünən geri qaytarılması təmin olunub.
Milli.Az