Rusiyalı sülhməramlılar Xankəndində demoqrafiyanı dəyişir
Qarabağda, Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə doğuşların statistikasında ötən illə müqayisədə artım var.
Bununla yanaşı, demoqrafik situasiyada ciddi dəyişiklik var. Qarabağdakı ermənilərin sayı sürətlə azalmaqdadır.
Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, 44 Günlük Vətən Müharibəsindən əvvəl qarabağlı ermənilərin demoqrafik mənzərəsinə baxılanda onların 53 faizi şəhərlərdə və rayon mərkəzlərində, 47 faizi isə kəndlərdə yaşayırdılarsa, indi həmin nisbət 73/27-dir. Yəni Qarabağdakı ermənilərin 73 faizi indi şəhərlərdə və rayon mərkəzlərindədir. Daha dəqiq olsaq, onlar Xankəndi, Ağdərə və Əsgəranda məskunlaşıblar.
Ermənistanla yanaşı, Xankəndidəki separatçı rejim və xüsusilə də Rusiyanın sülhməramlı missiyasının rəhbərliyi Qarabağda rusiyalıların nəzarətindəki ərazilərdə yaşayan ermənilərin real saylarını açıqlamayaraq saxta statistika açıqlasalar da, gerçək situasiyanı aşkarlamaq çətin deyil.
Məsələn, Ermənistan Səhiyyə Nazirliyinin COVİD-19 koronavirusu ilə bağlı vəziyyət barədə bəyan etdiyi rəsmi rəqəmlərə nəzər salaq.
Nazirliyin son bəyanatına görə, Ermənistanda COVİD-19-a yoluxma ilə bağlı indiyədək 339578 fakt qeydə alınıb. Yəni Ermənistanda koronavirusa yoluxmuş vətəndaşların sayı bu qədərdir.
Qarabağda, rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərlə bağlı isə Ermənistanın Səhiyyə Nazirliyi yoluxma sayının 3438 olduğunu bildirib.
Bu isə Ermənistandakı yoluxmaların təqribən 1 faizini təşkil edir.
Rəsmi İrəvanın açıqladığı statistikaya görə, hazırda Ermənistanda 2,96 milyon nəfər yaşayır. Bu əhalinin 1 faizi isə 29600 nəfər edir.

Qarabağda hazırda 5 min rusiyalı sülhməramlının da olduğunu nəzərə alsaq, rusiyalı hərbçilərin nəzarətindəki ərazilərdə yaşayanların sayı hazırda maksimum 30 min nəfərdir.
Qarabağdakı ermənilərin sayının 25 min nəfərdən artıq olmadığını görürük.
44 günlük Vətən Müharibəsindən əvvəl qarabağlı ermənilərin demoqrafik vəziyyətində artım vardı. Daha konkret olsaq, erməni mənbələrin iddialarına görə, Xankəndindəki separatçı rejimin kontrolundakı ərazilərdə hər il 1289 erməni doğulurdu.
2019-2021-ci illlərdə sözügedən təbii artım nəinki dayandı, hətta ciddi geriləmə başlandı: 2021-ci ilin ilk yarımilində qarabağlı ermənilər arasında doğuş sayı 440-a düşmüşdü.
İndisə 25 minlik qarabağlı erməni arasında doğuş sayı 113 nəfərdir ki, bu da ümumi statistik mənzərə baxımından şəksiz artım sayıla bilər.
Lakin detallar və təfərrüatlara nəzər salsaq, maraqlı mənzərə alınır.
Ötən ilin noyabrın 10-dan, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması ilə 44 günlük müharibənin başa çatmasından sonra situasiya dəyişməyə başlayıb.
Rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə iyul-avqust aylarında "demoqrafik sıçrayış", yəni doğuş saylarının artımı qeydə alınıb.

Erməni ekspertlərin, o cümlədən İrəvandakı Demoqrafiya Tədqiqatları Mərkəzinin mütəxəssislərinin fikrinc, bu, "sonradan formalaşan amil"lərlə bağlıdır.
Ermənilərin "utanaraq" belə ifadə ilə səciyyələndirdikləri "amil" isə Qarabağdakı sülhməramlılardır.
Ermənistanın Səhiyyə Nazirliyi də etiraf edib ki, hazırda Qarabağda erməni qadınların doğuşlarının say artımı "kənar amil"lərlə bağlıdır.
Xankəndindəki separatçı rejimin "Milli Statistika Xidməti" isə baş verənlərlə bağlı heç bir açıqlama verməyib, yerli "demoqrafiya"da sakinlərin mexaniki say artımı əvəzinə kənardan təsir nəticəsində müşahidə edilən və təsbitlənən artımını şərh etmir.
Digər fakt isə odur ki, hazırda Qarabağda doğuş edən qadınların 57,1 faizi Ermənistan Statistika Xidmətinin meyarlarına görə savadsız sayılır, çünki onların sadəcə, natamam ibtidai təhsili var.

Həmin erməni qadınların 82,1 faizi işsizdir.
Belə davam edərsə, onillər sonra hansısa İnnokenti Dormedontoviç Propovaykin "Nuh törəməsi"nin zahiri görünüşündə olmasının səbəblərini izah etməkdə çətinlik çəkəcək.
Orxan Hun
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
XİN-dən Bakının azad edilməsinin 108-ci ildönümü ilə bağlı paylaşım
-
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
-
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib - (Foto/Video)
-
ABŞ-nin Azərbaycandakı səfirliyi: Cənubi Qafqazda sülh yeni imkanlar açır
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində "SABAH.city" ilə bağlı video paylaşılıb
XƏBƏR LENTİ
-
Qarabağda 7 məktəbdə ilk dəfə Bilik Günü qeyd olunur - (Foto)
-
Gədəbəydə güllələnmiş meyit tapıldı
-
Bu şəxslərin qəbul imtahanına dəyişiklik edildi
-
Paytaxtda marketlərdən oğurluq edən şəxslər saxlanılıblar
-
Azərbaycan güclü və qlobal arenada sözünü deyən bir ölkədir - Türkiyə Prezidentinin baş müşaviri
-
Aynişan atasının döyüşdüyü əraziləri paylaşdı: "Sürdüyü tank minaya düşüb" - (Video)
-
Pezeşkian Müctəba Xamenei barədə danışdı - Son məlumat
-
Bu yolda hərəkət edən sürücülərin diqqətinə - Qatı duman var
-
Bakıda “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” panel iclası keçirilir - (Foto)
-
Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi
-
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
-
"Elə sevinirəm ki, məktəbə gedəcəm" - Şəhid övladı - (Video)
-
“Çelsi” 80 milyona müdafiəçi alır
-
Astaranın üç kəndində qaz kəsildi
-
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - (Video)
-
Bu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
-
Sabirabadda uşaq ölü doğulub
-
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
-
İradə İbrahimova: "Silinməyən yara izləri ilə imtahana çəkir" - (Fotolar)
-
Yetkinlik yaşına çatmayanı cinayətə cəlb etmə necə müəyyən olunur?
-
"Maraz Ali" illər sonra ekranlara geri qayıdır
-
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı şəhid övladını ilk dərsə apardı - (Foto)
-
Koutinyo Neymarla komanda yoldaşı oldu
-
Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - (Video)





