Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib - VİDEO - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Toivo Klaar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Şarl Mişelin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Avropa İttifaqı Şurasının Prezidentinə çatdırmağı xahiş etdi.
Görüşdə Avropa İttifaqı-Azərbaycan əlaqələrinin müxtəlif aspektləri, Cənubi Qafqazda əməkdaşlıq perspektivləri, postmünaqişə vəziyyəti və Ermənistan-Azərbaycan sərhədində noyabr ayında baş vermiş gərginliklə bağlı məsələlər müzakirə edildi.
Söhbət zamanı, həmçinin bu ay Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinin gündəliyinə dair fikir mübadiləsi aparıldı.
Toivo Klaar helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verdi. Prezident İlham Əliyev başsağlığına görə təşəkkür etdi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını Roş ha-Şana münasibətilə təbrik edib
-
Qolları olmayan körpənin taleyi necə oldu? - Rəsmi açıqlama
-
Prezident İlham Əliyev qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramını təsdiqləyib
-
İlham Mirzəyev evə buraxıldı
-
3 gün, 3 gecə davam edən toy: Özbək gəlin 4 milyonluq qızıllarla yoxa çıxdı - (Video)
-
Minaya düşərək həlak olan Raqifə şəhid statusu verilib
-
Ağdamda minatəmizləyən azərbaycanlı xanım gürcü turistin diqqətini çəkdi - (Video)
-
Kəmalə Qaramollayevanın Sahib İbrahimovla rəqsi gündəm oldu - (Video)
-
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dronla hücum: 2 vətəndaşımız ölüb - XİN-dən Açıqlama
-
“Horadiz” və “Göytəpə”də böyük əməliyyat - 84 kq narkotik ələ keçirildi
-
Azərbaycanda güclü zəlzələ gözlənilir? - AÇIQLAMA
-
Əli Əsədov qərar imzaladı
-
Hakimləri təhqir edən Emil Binyətzadə cəzalandırıldı
-
Sultan Qasımova qarşı ağır ittiham - İşi məhkəməyə göndərildi - (Yenilənib)
-
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
-
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
-
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə dronlarla hücum edildi - Ölənlər var
-
Ayın 11-də şimşək çaxacaq, yağış yağacaq - Proqnoz
-
Tramp hər bir amerikalıya 5 min dollar ödəyəcək
-
Anar Mədətov oğlu ilə - (Foto)
-
Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt araşdırılıb
-
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib - (Video/Foto))
-
"Sabah"la matç öncəsi o da zədələndi
-
Şəkidəki “zipline”də əvvəllər də texniki problemlər olub - (Video)





