Kipr, Ermənistan və Yunanıstanın müdafiə nazirliklərinin xüsusi təyinatlı qüvvələrinin "Close Quarter Battle 2021" adlı birgə hərbi təlimləri keçirilib.
"Greek City Times"ın verdiyi məlumata görə, dördgünlük təlimlər Afina, İrəvan və Nikosiya arasında imzalanmış üçtərəfli əməkdaşlıq proqramı çərçivəsində keçirilib.
"Birgə təlimlərin məqsədi birləşmiş xüsusi təyinatlı qüvvələrin döyüş şəraitində döyüş hazırlığı və qarşılıqlı fəaliyyət səviyyəsinin yüksəldilməsi olub. Üç ölkənin silahlı qüvvələri arasındakı yüksək səviyyəli qarşılıqlı anlaşma və fəaliyyətdən razıyıq", - Kiprin Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir.
Təlimlərlə bağlı belə pafoslu açıqlamalara rəğmən, Ermənistan və Yunanıstandakı hərbi ekspertlər xüsusi təyinatlıların birgə manevrlərində anlaşılmazlıqların, razılaşdırılmamış hərəkətlərin və qərarların az olmadığını vurğulayıblar.
Sosial şəbəkələrin yunan seqmentində təlimlərlə bağlı "Azərbaycanlıların dolması bu təlimlərdən effektiv silahdır" ifadəsi də yer alıb.
Yunanlar "üç bacı dolması" kimi tanınan təama işarə vurublar.
İfadə Yunanıstan, Ermənistan və Kipr orduları barədə Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın 2019-cu ilin iyun ayında Masisdə olarkən "Biz üç müttəfiq, üç dost, üç bacı ölkəyik" açıqlamasına işarədir.
Orxan Hun
Milli.Az