Mobil telefon

“Snapchat”ın yenidən dizayn olunması ona baha başa gəlib

11 Avqust 2018 19:50
0 Şərh     Baxış: 1 638
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Snap 2018-ci ilin ikinci rübü ilə bağlı maliyyə hesabatını açıqlayıb. Hesabata görə, qeyd olunan dövrdə kompaniyanın gəlirləri 44% artıb və illik ifadədə 262 milyon dollara çatıb. Şirkətin zərəri isə 353 milyon dollar olub.

Milli.Az facemark.az-a istinadən bildirir ki, gün ərzində "Snapchat"ın aktiv istifadəçilərinin sayı 2% azalaraq, 191 milyon nəfərdən 188 milyon nəfərə (azalma 3 milyon nəfər) düşüb.

Bu, hal əvvəlki rüblə müqayisədə şirkətin tarixində ilkdir. Buna baxmayaraq, şirkətin illik auditoriyasının sayı 8% artıb. İstifadəçi bazasının azalması əlavənin yenidən dizayn olunması ilə bağlıdır. Belə ki, bir sıra insanlar tətbiqdən istifadənin rahat olmadığından gileylənmişdi.

Reklam kampaniyalarının effektivliyini ölçən "Snap Pixel" alətininin isə populyarlığı artıb. Alətin beta versiyasının işə salınmasından bu günə qədər ondan 100 milyon dəfədən çox istifadə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.