Mobil telefon

Elon Maska enerjisi bitməyən "iPhone X" hədiyyə olundu

21 May 2018 08:31
1 Şərh     Baxış: 1 756
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın "Caviar" brendi istənilən işıq mənbəyindən qidalanan "iPhone X" istehsal edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, unikal qacetin ilk modeli "Tesla" və "SpaseX" şirkətlərinin sahibi Elon Maska göndəriləcək.

Doldurulma tələb etməyən smartfonun üzərində "Caviar" mühəndisləri yarım il işləyiblər. Qurğu zərbəyə davamlı örtük və qızıl dekorativ elementlərdən düzəldilən enerjidoldurma indikatoru ilə təchiz edilib.  Telefonu satışa buraxmaq üçün onun üzərində yüzlərlə test aparılıb və bütün sınaqlardan üzüağ çıxıb. Bu, "iPhone X"-in təkmil variantı sayılır.

Maska göndərilən üzərində "Made on Earth by Humans" ("Yerdə insanlar tərəfindən yaradılıb") yazılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.