Mobil telefon

Refurbished telefon nədir və almaq olarmı?

14 Noyabr 2017 07:41
0 Şərh     Baxış: 3 499
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Termin olaraq bu sözə nəzər yetirdikdə, istehsaldan sonra istifadə zamanı baş vermis hər hansı texniki və ya fiziki zərərə görə bərpa olunması üçün zavoda geri göndərilən cihaz kimi bir izah ilə qarşılaşırıq. Amma sadəcə zərəri olan telefonlara reburfished telefon deyilmir. Bəzən hər hansı istifadəçinin bağladığı müqaviləyə əsasən geri qaytardığı telefon da reburfished adlanır. Satışa çıxarılmazdan öncə bütün reburfished telefonlar ciddi yoxlanılmadan keçirilir və tam bərpa olunaraq yola salınır.
 

Reburfished telefonlarla normal telefonlar arasındakı fərqlər nələrdir?

Milli.Az technote.az-a istinadən bildirir ki, nəzəri cəhətdən hər iki telefon arasında həm daxili sistem, həm də fiziki detal olaraq fərq yoxdur. Fərqlər telefonun kassasında bir sıra cızıq və əziklərlə bilinə bilər. Hər iki telefonun sistemi eyni olur və versiyadan asılı olaraq telefon performans göstərir. Məsələn, normal telefonda olan Android və ya iOS versiyası ilə eyni olan reburfished telefon arasında nə sürətdə, nə performansda, nə kamerasında, nə batareya ömründə çox kiçik belə fərq olmur. Ən böyük fərqlər qutulaşması, qiyməti və kassasında olan fiziki qüsurlardır. Bu qüsurlar isə telefonun hansı cəhətdən reburfished olunmasından asılıdır. Reburfished telefonların imei kodları fərqli deyil, yəni ilk seriya telefonlar arasında belə reburfished olunmuş telefonlar mövcuddur.

Reburfished olunmuş telefonların üstün və mənfi cəhətləri

Reburfished olunmuş telefonların normal telefonlardan heç bir fərqi yoxdur. Amma hər bir halda onların da üstün və mənfi cəhətləri vardır.
Üstün cəhətləri:

Bu telefonlar hər hansı bir səbəbdən istehsalçıya geri göndərilir və istehsalçı daha dəqiq, keyfiyyətli yoxlamalar ilə onu bərpa edib satışa buraxır. Bu o deməkdir ki, reburfished telefonlarda sonradan problem yaranma ehtimalı normal telefonlardan daha azdır.
Bu telefonlar normal telefonlardan daha ucuz olur. Əgər siz brend şirkətlərin telefonlarına üstünlük verirsinizsə, onda bu sizin cibinizə daha uyğundur. İri şirkətlərdən biri olan Apple öz saytında bu tip telefonların satışını həyata keçirir. Hətta saytında mövcud olan telefonların yeni telefonlardan heç bir fərqi olmur. Bundan başqa Amazon, Ebay kimi müxtəlif saytlardan da reburfished telefonları uyğun qiymətə tapa bilərsiniz.
Reburfished telefonlara verilən zəmanət digərlərindən fərqli olur. Belə ki, əgər yenidən problem yaranarsa, istifadədən asılı olmayaraq ya yenisi ilə əvəz edilir, ya da tam ödəniş geri qaytarılır.
Mənfi cəhətləri:
Reburfished olunma səbəbindən asılı olaraq qutusu normal telefonlardan fərqli ola bilər. Belə ki, qutudan hər hansı əlavə detal çıxmaya bilər. Bu əsasən qulaqcığın olmaması ilə müşaiyət olunur. Lakin belə hallar daha çox cihazın bəyənilməyərək geri qaytarılması halında baş verir. Bu mobil operatorlarla bağlanan müqavilələrdən asılıdır.
Cihazın kassasında cızıq və ya kiçik əzikliklər ola bilər.

Reburfished olunmuş telefon almaq olarmı?

Reburfished telefonlar büdcə üçün çox sərfəlidir. Satılma mənbələrinə diqqətlə nəzər yetirməklə reburfished telefonlar almaq olar. Rəsmi saytlardan alınan telefonların yenidən fərqi olmur və bütün funksiyaları tam işləyir. Bəzi hallarda reburfished telefonlar normal telefonlardan daha sürətlə satılır. Təbii ki, bu da markadan asılıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.