Dadı damaqda qalan ləziz yemək - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ləzgi dilində bircə söz belə, bilməsəniz də, əminik ki, tskanın nə olduğunu hər kəs yaxşı bilir.
Milli.Az bildirir ki, ləzgi mətbəxinin ən tanınmış yeməyinin hazırlanma qaydasını isə Sputnik Azərbaycan-ın videosunda izləyin.
Kələmli, şit şorlu, əvəlikli, qarınlı, göyərtili... Tskanın müxtəlif növləri olsa da, evdar qadın Zahidə Bağırovadan bu yeməyin ən tanınmış növü olan ətli-kartoflu tskan bişirməsini xahiş etdik.
Lazım olan ərzaqlar:
700 qram un
5-6 böyük kartof
Yarım kilo qiymə (həm mal, həm qoyun əti)
1 ç.q. kəklikotu
1 ç.q. istiot
1.5 ç.q. duz
300 qram yağ
2 ədəd böyük baş soğan
Mal ətindən istifadə olunursa, bir az quyruq qatmaq lazımdır ki, tskan daha ləzzətli alınsın.
İlk öncə su və duz qatmaqla adi xəmir yoğrulur. Xəmir, haradasa 300 qram su aparacaq. Nə həddən artıq yumşaq, nə də həddən artıq bərk olmalıdır. Hazır olandan sonra isə iki yerə bölünür, kündələnir. Sonra isə kündələr açılır, içi yağlanır, qat salınır və öz növbəsini gözləyir.
İçlik üçün istifadə edilən bütün ərzaqlar mütləq çiy olmalıdır. Kartof və soğan doğranır, ət və ədviyyatlarla birgə yaxşıca qarışdırılır.
İçinə qat salınmış kündələrdən biri açılır və içlik üzərinə elə yayılır ki, kənarlarda 1 sm-lik məsafə qalsın. Üst lavaş isə altdakından balaca yayılır ki, kənarlar bükülə bilsin. Qıraqlar su ilə azsa isladılır və büküləndən sonra çəngəllə bərkidilir ki, bükümlər açılmasın. Bütün ərzaqlar çiy olduğundan öz buğunda bişməlidir.
Zahidə Bağırova deyir ki, kənd yerlərində tskanın içinə bir qat da əlavə edirlər. Bunun üçün, adətən iki layın arasına bişmiş yuxa əlavə edilir və hər iki qatı içliklə doldurulur. Belə olduqda tskan da "ikimərtəbəli" alınır. Şəhər yerində isə tezliyə üstünlük verildiyindən tskanı sadəcə "birmərtəbəli" edirlər.
Ən sonda isə tskan öncədən qızdırılmış sobada, haradasa 1 saat ərzində 180-200 dərəcədə bişməlidir.
Nuş olsun!
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu 4 qida aluminium folqanı çürüdür
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
İtalyanların qurumayan pizza xəmiri resepti: Yalnız bir qaşıq əlavə edirlər
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
XƏBƏR LENTİ
-
Nikol Şerzinger ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas
-
Oktyabrın ən şanslı bürcü
-
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
-
Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının (Fotosu)
-
“Fənərbaxçanı” sərt tənqid etdi - “Ayıbdır!” - (Video)
-
Azərbaycan cüdoçusu Əhməd Yusifov Bakıda dünya çempionu olub - Yenilənib - (Video)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - (Yenilənib)
-
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub - Yenilənib
-
Bakıda dəbdəbəli toy - Kutsi də gəldi - (Video)
-
Ronaldodan gözlənilməz qərar
-
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
Ələddin Əliyev vəfat etdi
-
Sabah meteohəssas insanlar üçün hava necə olacaq?
-
Bəhreyn Qran-prisinin qalibi məlum oldu
-
Qubada avtomobilin vurduğu 13 yaşlı qız xəstəxanada ölüb





