Ən dadlı qatığı özünüz hazırlayın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Öz əlinizlə qatıq hazırlamaq istəyirsinizsə, bu üsulu sınayın.
Milli.Az xəbər verir ki, ən dadlı qatığı aşağıdakı qaydada hazırlayırlar: Südü konus formalı, təmiz çuqun qaba süzürlər (dərhal sağdıqdan sonra). Ən cüzi çirk belə məhsulun korlanmasına səbəb ola bilər. Bundan başqa, ən mühüm şərtlərdən biri də qaba yuxarıdan işığın düşməməsidir. Bu, məhsulun keyfiyyətinə mənfi təsir göstərə bilər. Bundan sonra südü vam odda qaynadırlar və köpük əmələ gələndə qırağa çəkirlər. Qaynanmış südü əvvəlcədən hazırlanan yerə qoyurlar. Qabın yerini dəyişdirmək, südü qəti qatışdırmaq olmaz. Süd soyuyur və onun temperaturu 25 dərəcəyə çatdıqdan sonra üzərində yaranan pərdəni yavaş-yavaş aralayaraq həmin "girişdən" südün içinə ehtiyatla çalası (maya) əlavə edirlər. Maya üçün boyat qatıqdan (5-6 dəfə su qatılmış) istifadə edirlər. Maya qabın dibinə çatmalıdır. Bundan sonra çuqun qabı qapaqla örtüb, istilik üçün təmiz dəsmala bükürlər.
Bir sutkadan sonra qatıq hazırdır. Öz-özünə, yəni mayasız turşuyan südə bizlərdə "şeytan qatığı" deyir, belə qatığı yemirlər. Qatığın orqanoleptik göstəriciləri hansı heyvanın südündən qoyulmasından asılıdır.
Camış qatığı inək qatığından daha qatı, yağlı və ləzzətlidir. Camış qatığından yüksək keyfiyyətli kəsmik hazırlayırlar. Qoyun südündən alınan qatıq öz orqanoleptik keyfiyyətlərinə görə camış qatığından heç də geridə qalmır, lakin onun turşuluğu daha yüksəkdir. (publika.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır
-
Tramp qapını örtdü, Bakı isə iş qaldırdı: CNN cavab verməli olacaq





