Kulinariya

Ləzzətli və yüngül salatlar

19 Sentyabr 2018 07:00
23 Şərh     Baxış: 5 275

Bəzi günlərdə yüngül və dadlı təamlara ehtiyac duyulur. Bu təamlar tərəvəz, meyvə, göyərti və s. ola bilər. Amma onları ayrı-ayrı yox, birlikdə yeyəndə daha dadlı, rəngarəng və iştahaçan olur. Salat insana özünü daha yüngül hiss etdirir, eyni zamanda kökəlməyə qoymur. 

Milli.Az axşam.az-a istinadən salatların reseptini təqdim edir:

Mozarella salatı

İçindəkilər:

6 ədəd pomidor

3 ədəd mozarella topu

1 ədəd kiçik soğan

2 diş sarımsaq

Zeytun yağı

1-2 yarpaq reyhan

Hazırlanması:

Pomidorları mozarella toplarını yumru şəkildə dilimləyin. Bir boşqabda sıra ilə pomidor və mozarella dilimlərini düzün. Soğan və sarımsağı soyun, xırda-xırda doğrayın, pomidor və mozarellanın üzərinə səpin. Axırda salatın üzərinə zeytun yağı gəzdirin və reyhan yarpağı ilə bəzəyin.

Makaron salatı

İçindəkilər:

100 qr. toyuğun döş əti

5 ədəd cherry pomidor

60 qr. xırda makaron

1 ədəd kök

12 alma

50 qr. Lobya

Hazırlanması:

Toyuğun döş ətini uzunsov doğrayın, yağsız çəhrayılaşana qədər qızardın. Makaronu yağsız, duzsuz suda qaynadın. Kökü də qaynayan suda bişirin. Bişdikdən sonra kökü kiçik, uzunsov şəkildə doğrayın. Cherry pomidorları 4 hissəyə bölün, almanı da kub şəklində doğrayın. Bir qazan suyu qaynamağa qoyun, lobyanı bişirin. Bütün ərzaqları salat qabına əlavə edin. Bir kasada 1 xörək qaşığı xardal, 1 çay qaşığı üzüm sirkəsi və 1 çay qaşığı zeytun yağından sous hazırlayıb, salata əlavə edin, qarışdırın.

Toyuq və pendir salatı

İçindəkilər:

1 ədəd toyuğun döş əti

Kahı

100 qr. pendir

2 ədəd pomidor

1 ədəd yumurta

14 xiyar

5 x.q soya sousu

Hazırlanması:

Bir qazanda suyu qaynadın. Qaynağa düşəndə yumurtanı suya qoyun. 10 dəqiqə bişirin. Kahını yuyub, kənara qoyun. Pomidorları yuyun, iki hissəyə bölün və içini təmizləyin. Bişmiş toyuq ətini kub şəklində doğrayın. Yumurtanın qabığını təmizləyib, onu da doğrayın. Həmçinin, pomidor və pendiri də. Bütün bunların hamısını qarışdırın və üzərinə soya sousunu, xiyarı dairəvi şəkildə dilimləyib əlavə edin.

Milli.Az

loading...

Şərh yaz:

23 Şərh:

  • Anonim
    asi · 19 Sentyabr 2018 10:1428

    Salamlar..Reseptlərdəki 12 alma və 14 xiyar nə deməkdi?))..Digər ərzaqların miqdarı ilə düz gəlmir axı..

    Cavab yaz
    • Anonim
      Paro · 19 Sentyabr 2018 11:1434

      Salam asi.O gun yazdigin meslehetlere gore bir daha sagol.Sonradan gec baxdim deye yazmadim.Bir de tebrik edirem,sehv etmiremse ovladin 1-ci sinife gedir.Ugurlu olsun mekteb heyati.

      Cavab yaz
      • Anonim
        asi · 19 Sentyabr 2018 12:0115

        Salam Paro.Çox sağ ol, təbrik üçün, minnətdaram)..Səni də məktəbli anası olasan)..

        Cavab yaz
        • Anonim
          Paro · 19 Sentyabr 2018 15:3110

          Inwallah.Tewekkur)

          Cavab yaz
  • Anonim
    ) · 19 Sentyabr 2018 12:4512

    Salam,asi. Sag-salamat oxusun,Ali məktəbə tələbəsi olsun,ata-anasının həyatına nur kimi səpələnsin, parçalanmış Vətənimizin ümidi olan Oglanlardan olsun, inşallah. Amin! ...Bütün Daglılar adından yazdım)

    Cavab yaz
    • Anonim
      asi · 19 Sentyabr 2018 13:5913

      Salam.Çox sağol..Bütün balaca birincilərə aid olsun arzular..Gələcək nəvələrdən görəsiz).. Təşəkkür..

      Cavab yaz
      • Anonim
        ) · 19 Sentyabr 2018 14:1710

        Amin,Çox sag ol.Mənim də oglum indidən Universiteti təmin etdi özünə, olimpiada medalı oldugu üçün(həm beynəlxalq, həm respublika olimpiadasının) universitetə müsabiqədənkənar qəbul olunacaq).Nəvəm də(qardaşoglu) beynəlxalq aviareysdə ilk uçuşunu etdi,mən də təyyarədə)

        Cavab yaz
        • Anonim
          asi · 19 Sentyabr 2018 14:2502

          Çox yaxşı, onda ikiqat təbriklər..Gənclərin uğurları daha çox olsun, valideynlər də fəxr eləsin..

          Cavab yaz
          • Anonim
            Qürbətdən · 19 Sentyabr 2018 14:4400

            Salam asi necəsən.Balalar necədir?Deyəsən kulinariya səhifəsidə tətilə cixibmiş.Nə vaxtdandi vermirlərmiş.Mişonkanida təbrik edirəm.Məktəbə getməklə arasi necədir?Bizimki hec yuxudan durmaq istəmir.Paro nikli şərhci ika.e deyilki.Nişanliydi dedim bəlkə toydan sonra niki dəyişib.

            Cavab yaz
            • Anonim
              asi · 19 Sentyabr 2018 15:0300

              Salam Qürbətdən, xoş gördük, sən necəsən?.. Balalarda yaxşı..Çox sağ ol, sənində qızını təbrik edirəm..Hələki yaxşıdı, durmağı da bir gün özü saat 6-da durub hamını durğuzur ki, durun məktəbə gedirəm, bir gün də 3-müz də minnətlə güclə durğuzuruq.Çətini gözünü açıncadı, gözünü açandan sonra elə olur ki, elə bil heç yatmayıb)).Parı ayrıdə, ika ayrı.Ikanı mən də mərak etdim, çoxdandı yoxdu, yəqin toyu olub)..Paro isə, sənin mənim kimi rusiyada yaşayır)..

            • Anonim
              Qürbətdən · 19 Sentyabr 2018 15:3200

              Cox sagol asi.Şükür balalarda yaxsi olsun.Sən yəqin saxlamisan günortadan sonraya.Məndə bir həftə saxlamadim gətirdim tez evə.Sonra gördük hami saxlayir şahmat ,rəqs basqa məşgələrdə var.Əlavə muəllimlər gəlib məşgul olur.İndi qalir saat 3də gedib gətirirəm.ikada yəqin olub toyu.Allah xoşbəxt etsin.Deməli paroda bizim kimi qəriblərdənmiş.

            • Anonim
              asi · 19 Sentyabr 2018 15:5800

              Sizin dərs rejimi başqadı.Bizdə elə deyil.Satt 12-in yarısı dərs qurtarır, hamı evinə gedir..Sonra başqa məşğələyə getmək istəyəndə onların məktəbi başqadı, gedib yazılırsan, pulunu verib gedirsən..Biz qızı rəsmə yazdırımşdıq, biraz getdi, nəsə marağı olmadı).. indi də deyirəm ikisi də şahmata getsinlər, görək nə olur..

          • Anonim
            ) · 19 Sentyabr 2018 16:4300

            Sag ol asi,sizinkilərlə bahəm inşallah. Qürurdan yüksək hisslərdi hər ikisi. Pilotun atası məndən çox kiçikdi,amma əvvəlcə onu evləndirmişdik,indi də onun oglunu baba əvəzindən müşayət elədim.Hər şey çox əla idi).

            Cavab yaz
    • Anonim
      Paro · 19 Sentyabr 2018 15:3900

      Sizinkilere de ugurlar.

      Cavab yaz
  • Anonim
    Paro · 19 Sentyabr 2018 15:3700

    Qurbetden xanim,men */* yazirdim,ara sira da yaziram.Bir defe deyesen kefirle dovga hazirlamagi soruwmuwdum,siz de oz usullarinizi yazmiwdiz.ika,yeqin kulinariya olmadigina gorunmur.Gorse yazar yeqinki.Sizin de qizinizi tebrik edirem.Mawallah bu il tebrik tebrik ustune)Butun taniw-biliw,dost hamisinin ovladi ilin birincilerindendi.

    Cavab yaz
    • Anonim
      Qürbətdən · 19 Sentyabr 2018 17:3222

      Cox sagol paro səndə balalarindan görəsən.Adam özü birinci sinifə gedirmiş kimi həyacan kecirir.Səhv etmirəmsə onda sən U yla baslayan niklə yazmirdin?Asi bizdə də pulla gedəndə basqa yerdə olur.Böyuk birinci sinifdə oxuyanda basqa cür idi .Ancaq öz muəllimləri olurdu ev tapşiriqlarin edirdilər.İndi isə əlavə məşgələrdi.Kecən il rəqs məktəbinə pulla getdiyi muəllim indi havayi öyrədir)))).sizdə necə növbəlidi məktəb?saat 12 - nin yarisi nə tez cixirsiz .Bizdə birinci sinifə gedən 5 yaşindan gedir rəsmə.qarşisina məqsəd qoyubki rəssam olacaq görəkdə.Amma həqiqi qəşəng cəkir

      Cavab yaz
      • Anonim
        asi · 19 Sentyabr 2018 17:4102

        Olsun, olsun, həvəsi varsa, olar).. Bizdə ibtidailər ayrı məktəbə gedir, onların öz məktəbi var. Amma 5-dən yuxarı ayrı məktəbə gedirlər..Məktəblər birnövbəlidi, qız gec gəlir satt 3-də.Oğlan tez gəlir, gündə 3 dərs keçirlər, hərəsi yarım saatdan, arada da yemək gəzmək vaxtları olur..

        Cavab yaz
      • Anonim
        Qürbətdən · 19 Sentyabr 2018 17:4515

        Yazdigim şərhlərə baxanda utandim lap.Əvvəl bir şərhci vardi onun kimi yazmişam lap .asi yazir o şərhci yenə ?bildin kimi deyirəm.iki il əvvəl olardi

        Cavab yaz
        • Anonim
          Paro · 19 Sentyabr 2018 18:1532

          Umrao nikini deyirsizse men idim.Sevdiyim aktrisanin filmlerdeki rol adlarini ozume nik secerek,teselli tapıram)Xowum gelmese de,bir mesel var /hayeller,hayatlar/onun kimi)

          Cavab yaz
          • Anonim
            Qürbətdən · 20 Sentyabr 2018 11:4910

            Hə Umraonu deyirdim elə.asi mən onu demirdim e.qətlet maskiva onu deyirdim.Sizdə məktəb nə yaxşidi.Bizdə 4 dərs olur,birgundə 5 dərs olur.Böyük 7də oxuyur oda saat 3də gəlir.

            Cavab yaz
        • Anonim
          asi · 19 Sentyabr 2018 18:4000

          Onun tayı bərarəbəri ola bilməz burada)) O tək ekzemplyar idi)). Şərhlərin də gül kimi normal şərhlərdi..

          Cavab yaz
          • Anonim
            Baku<2018> · 21 Sentyabr 2018 07:4200

            Niyam niyam

            Cavab yaz
            • Anonim
              Baku 2018e · 21 Sentyabr 2018 11:1500

              Niyam salamini deyirsiz yoxsa ням ням

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.