Kulinariya

Ləzzətli alman tortu - RESEPT

6 Dekabr 2017 07:00
22 Şərh     Baxış: 7 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mağazadan alınan tortların dadını bəyənməyənlər onu evdə özləri hazırlamaq istəyirlər. Milli.Az ailem.az-a istinadən evdə hazırlaya biləcəyiniz ləzzətli alman tortunun reseptini təqdim edir.

Lazım olanlar:
 
3 yumurta
1 stəkan şəkər tozu
1 stəkan süd
3 stəkan duru yağ
Qabartma tozu
 
Kremi üçün:
 
Yarım litr süd
3 qaşıq un
1 stəkan şəkər tozu
1 yumurta
1 qaşıq kərə yağı
Vanil
Marmelad
 
Hazırlanma qaydası:
 
Bir qabda yumurta və şəkər tozunu çalaraq köpükləndirin. Süd, un, yağ və qabartma tozunu əlavə edərək, keks xəmiri yaradın. Xəmiri yağlanmış soba qabına töküb 160 dərəcədə əvvəlcədən isidilmiş sobada üzəri qızarana qədər bişirin. Bişəndən sonra sobadan çıxarıb soyudun.
 
Kremin hazırlanması:
 
Kremini hazırlamaq üçün ərzaqları qazanda tündləşənə qədər qarışdıraraq bişirin. Krem hazır olduqda keksinizi ortadan iki hissəyə bölün. Arasına bütün kremi töküb yayın. Üzərinə istədiyiniz qədər marmelad tökün. Keksin üst qismini bağlayın və pudra şəkəri ələyin. Soyuduqdan sonra servis edə bilərsiniz.
 
Nuş olsun!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.