Kulinariya

Veqan mayonezini evdə hazırlayın - ASAN RESEPT

7 İyun 2017 07:00
8 Şərh     Baxış: 3 160

Salatların hazırlanmasında, kartof, makaron və başqa yeməkləriin yanında mayonez vazkeçilməz qidadır. Mayonez çeşidləri arasında veqan mayonezi daha çox seçilir? Bəs bu mayonezi özünüz evdə hazırlamağa necə baxırsınız? Milli.Az ailem.az-a istinadən hazırlanması asan olan veqan mayonez reseptini təqdim edir.

Lazım olan vəsaitlər:
 
• 3/4 fincan soya südü
• 1,5 şorba qaşığı limon suyu
• 3/4 stəkan zeytun yağı
• 1 desert qaşığı xardal
• İstəyə görə duz və istiot
 
* Sarımsaqlı mayonez istəsəniz, qarışımın içinə bir diş sarımsaq əlavə edə bilərsiniz.
 
Hazırlanması:
 
Əvvəlcə soya südü, limon suyu və xardalı blendrda qarışdırın. Ardınca içinə yavaş-yavaş zeytun yağını əlavə edin. Hazırladığınız qarışımı bir qaşıqla qarışdırın və yağın əmildiyinə əmin olduqdan sonra duz və istiot əlavə edin. Vəssalam, mayoneziniz hazırdır.
 
Nuş olsun!

Milli.Az

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

8 Şərh:

  • Anonim
    s · 7 İyun 09:2510

    soya südü nə deməkdir? bilən varsa yazsın

    Cavab yaz
    • Anonim
      asi · 7 İyun 17:0900

      Soya südü yuxarda şəkildəki balaca ağ lobyadan(soyadan)düzəldilən süddür..Əsl süd olmasa da rənginə və tərkibinə görə südə çox oxşardı..).

      Cavab yaz
  • Anonim
    ika.e · 7 İyun 13:2000

    Yayda moyonez resepti nedi?!..son vaxtlar heç maraqlı resept vermirsiz

    Cavab yaz
  • Anonim
    ❤ Nergiz Gül ❤ · 7 İyun 14:3000

    He menede catmadi bu resept neyse.Ike.a baci necesen???? Son vaxtlar seni gore bilmirem.

    Cavab yaz
    • Anonim
      ika.e · 7 İyun 17:4010

      Salam bacı çox sagol yaxşıyam.Sen necesen?he bacı az girirem sayta oruc oluram diye

      Cavab yaz
      • Anonim
        ❤ Nergiz Gül ❤ · 7 İyun 20:4900

        Axwamin xeyir Ika.e baci cox sag ol mende yaxwiyam.Canim bacim Allah Orucunu ve niyyetlerini qebul etsin.Amin

        Cavab yaz
        • Anonim
          ika.e · 7 İyun 21:5500

          Çox sagol bacım..Allah razı olsun ..Senin de niyyetlerin qebul olsun İnşaAllah

          Cavab yaz
  • Anonim
    insan*** · 7 İyun 17:2600

    soyadan sud, un, hetta prndir hasirlanir. Sudunden ariglamag isteyenler istifade ede biler.xolesterinsizdir, kop vermir. super marketlerde olur

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.