Veqan mayonezini evdə hazırlayın - ASAN RESEPT

7 İyun 2017 07:00

Salatların hazırlanmasında, kartof, makaron və başqa yeməkləriin yanında mayonez vazkeçilməz qidadır. Mayonez çeşidləri arasında veqan mayonezi daha çox seçilir? Bəs bu mayonezi özünüz evdə hazırlamağa necə baxırsınız? Milli.Az ailem.az-a istinadən hazırlanması asan olan veqan mayonez reseptini təqdim edir.

Lazım olan vəsaitlər:
 
• 3/4 fincan soya südü
• 1,5 şorba qaşığı limon suyu
• 3/4 stəkan zeytun yağı
• 1 desert qaşığı xardal
• İstəyə görə duz və istiot
 
* Sarımsaqlı mayonez istəsəniz, qarışımın içinə bir diş sarımsaq əlavə edə bilərsiniz.
 
Hazırlanması:
 
Əvvəlcə soya südü, limon suyu və xardalı blendrda qarışdırın. Ardınca içinə yavaş-yavaş zeytun yağını əlavə edin. Hazırladığınız qarışımı bir qaşıqla qarışdırın və yağın əmildiyinə əmin olduqdan sonra duz və istiot əlavə edin. Vəssalam, mayoneziniz hazırdır.
 
Nuş olsun!

Milli.Az