Milli.Az noxud şorbasının hazırlanma qaydasını təqdim edir
Tərkibi:
700 q sümüksüz toyuq əti
300 q yaşıl noxud
100 q yerkökü
1 diş sarımsaq
duz
istiot
Toyuq ətini yuyun. 2 litr suda qaynadın. Qaynara düşəndən sonra duz qatıb orta itilikli odda 7 dəqiqə bişirin. Əti çıxarıb qaba yığın. Bulyona noxudu əlavə edin, 10 dəqiqə bişirin.
Yerkökünü sürtgəcin orta gözündən keçirib bulyona əlavə edin.
Toyuq ətini xırda doğrayıb qatın. Daha 5 dəqiqə bişirin.
Sarımsağı təmizləyib xırdalayın. Şorbaya əlavə edib ocaqdan götürün.
Nuş olsun!
Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.
Milli.Az