Kulinariya

Mətbəx sirləri: Şaftalı ilə ət qovurması - FOTO

29 İyul 2014 07:00
3 Şərh     Baxış: 3 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az Stalik Xankişiyevin bloquna istinadən şaftalı ilə ət qovurmasının hazırlanma qaydasını təqdim edir

Tərkibi:


qoyun budu
soğan
pomidor
ərinmiş yağ
şaftalı
xırdalanmış badam və ya qoz
limon

Əgər soyuducunuzda duzlanmış, ədviyyatda bir həftə basdırılmış qoyun budu varsa, necə var eləcə sobada bişirib nuş edin.



Yox, əgər iri keramik qazanınız və bəzi ədviyyatlarınız varsa, o zaman bir qədər mürəkkəb təam haqda düşünməyə dəyər.



Qoyun budunu tikələrə doğrayın.



Soğanı kubik doğrayın, pomidorların qabığını soyun.
Sobanı 300-330 dərəcə C qızdırın.

Tavaya soğanın bir hissəsini və ədviyyatı, üzərinə isə əti döşəyin.



Soğanın qalanını ətin üzərinə döşəyin, ədviyyat səpin, bir neçə qaşıq ərinmiş yağ gəzdirin.



Sobaya qoyun.  Bir müddət sonra çıxarıb qarışdırın, yenidən sobaya qoyun.  Ət təxminən 1 saat 20 dəqiqəyə bişir. Arada bir neçə dəfə qaprışdırmağı unutmayın.



Bunu ocağın üstündə də bişirə bilərsiniz, o zaman sizə təxminən 40 dəqiqə lazımdır, amma gərək əlinizdə kəfkir qazanın başından ayrılmayasınız.

Ətlə soğan "bunu  nə yeyərdim!!!" deyəcəyiniz həddə çatanda 1 stəkan bulyon əlavə edin. Əgər yoxdursa, 1 stəkan qaynar su tökün.  Pomidorları, 2-3 x.q. şəkər tozu, yarım limonun şirəsini və xırdalanmış badamı (qozu) əlavə edin.



Qarışdırın, üzərinə quru otlar (zövqə görə) və ədviyyat (ya da hamısının yerinə xmeli-suneli) səpin, yenidən sobaya qoyun.
Sobanın istiliyini bir qədər də azaldın, təxminən 180 dərəcəyədək. 

Şaftalıları ortadan bölüb dənəsini çıxarın. Əti sobadan çıxarın, üzərinə təzə göyərti - reyhan, nanə, keşniş səpin. Şaftalıların hər birinin ortasına çiyələk mürəbbəsinin şirəsindən bir çay qaşığı  tökün (bunun əvəzinə şəkər tozu səpib, limon şirəsi sıxıb, bir qədər də gül suyu gəzdirmək olar).



Yenə də sobaya qoyun. Lap sonda üzərinə  xırdalanmış fıstıq  səpin.




(Bunu közdə də bişirə bilərsiniz. O zaman çuqun qazanın altına bir neçə qat folqa çəkin ki, ət yanmasın).




Nuş  olsun!

Bayramınız mübarək!


Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.