Kulinariya

Mətbəx sirləri: "Quş südü" kotleti - FOTO

6 Avqust 2013 07:00
94 Şərh     Baxış: 8 992
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Milli.Az vpuzo.ru-ya istinadən "Quş südü" kotletinin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

500-700 q toyuq filesi
1 baş soğan
3 dilim ağ çörək (qabıqsız)
100 ml su
2-3 diş sarımsaq (istəyə görə)
4 yumurta (2-si içə, ikisi klyara)
100 q bərk pendir
0,5 dəstə göyərti
2 x.q. kərə yağı
2-3 x.q. xama/mayonez
5 x.q. un
0,5 ç.q. qabartma tozu
duz, istiot, ədviyyat - zövqə görə
qızartmaq üçün bitki yağı
100 ml süd

Farş üçün əvvəlcədən ağ çörəyi süddə isladın. Toyuq filesini yuyun, plyonkadan təmizləyib doğrayın. Blenderdə əti, süddə isladılmış çörəyi, soğanı və sarımsağı (əgər istifadə edirsinizsə) xırdalayın.



Sonra duz vurun, 100 ml su əlavə edin, yaxşıca yoğurun. Toyuq kotletinin yumşaq olması üçün ona yumurta deyil, məhz su vurmaq lazımdır.



İç: 2 yumurtanı qaynadın. Yumurtanı və pendiri sürtgəcin xırda gözündən keçirin. Göyərtini xırda doğrayın. Yumşaldılmış kərə yağı, duz, istiot əlavə edib hamısını qarışdırın.



Klyar üçün 2 yumurtanı xama və ya mayonez, un, qabartma tozu və duzla qarışdırın (oladi xəmiri kimi).



Əlinizi isladıb ətdən kotletlər tutun, ortasına iç qoyub, kənarlarını birləşdirin.



Kotletləri klyara salın. Tavada bitki yağını qızdırın, kotletləri içinə düzüb, ağzıbağlı tavada qızardın.



Süfrəyə istənilən qarnirlə verə bilərsiniz.



Nuş olsun!

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.