Tıxma və qozçörəyi qubalıların bayram süfrələrinin bəzəyidir - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bayram süfrələrinin bəzəyi dadlı şirniyyatlardır. Azərbaycanda hər bölgənin özünəməxsus şirniyyat növləri var. Bəzən eyni şirniyyat ayrı-ayrı regionlarda fərqli formada və üsulla hazırlanır.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Qubada bayram süfrəsi üçün hazırlanan şirniyyatlar arasında şəkərbura və tıxma ilk sırada gəlir.
Qubalılar şəkərburanı qozçörəyi adlandırırlar. Burada hazırlanan qozçörəyi ənənəvi şəkərburadan ölçüsünün böyük olması, üzərindəki naxışlar və içliyi ilə fərqlənir.
Tıxma isə Qubanın özünəməxsus şirniyyat növlərindən biridir. Şorqoğal kimi yumru formada olsa da, dadı şirin, üzəri və kənarları şəkərbura kimi naxışlıdır.
Qubada bayram öncəsi qohum və qonşular bir yerə toplaşıb, şəkərbura, tıxma bişirir, nişanlı qızlar üçün bayram xonçası hazırlayırlar.
"Tıxma bizim rayonumuzda ən çox bişirilən şirniyyatlardan biridir. Tıxmanın xəmiri də şəkərbura ilə eyni yoğurulur. Un, yumurta, süd, yağ, maya qatılaraq xəmir hazırlanır. Bir müddət dincə qoyulur. Sonra xəmir kiçik kündələrə bölünüb yayılır və lavaş yağlanır. Lavaşları üst-üstə atdıqdan sonra dürməklər kəsilir. Bu dürməklərdən tıxmanın ölçüsünə görə balaca hissələr kəsilərək forma verilir və içlik doldurulur. Tıxmanın içliyi şəkər tozu, yumurta, yağ, un və zövqə görə əlavə olunan ədəvalardan ibarətdir. Balaca stəkan formasına salınan tıxma xəmirinə bol içlik qoyulur. Şirniyyatın adı da elə tıxmaq, doldurmaq sözlərindən götürülüb", - deyə Quba sakini Çimnaz Məmmədova bildirib.
Tıxmanın üzərinə şəkərburada olduğu kimi, naxışlar vurulur. Qubalıların bayram sovqatları içərisində tıxma şirniyyatı ilə doldurulmuş xonça xüsusi yer tutur. Tıxma şirin olduğundan həm də uşaqların ən sevimli şirniyyatlarındandır.
"Bayram şirniyyatı bişirmək gözəl ənənədir. Biz həmişə qonşular, yaxın qohumlar bir yerə yığışıb deyə-gülə şirniyyatlar hazırlayırıq. Belə olanda yorulmuruq. Şirniyyat nə vaxt bişir heç xəbərimiz olmur. Qubada ən çox bişirilən şirniyyatlardan biri də Novruzun simvoluna çevrilmiş şəkərburadır. Amma bizdə bu şirniyyat qozçörəyi adlanır. Ölçüsü də şəkərburadan iki dəfə böyük olur. Adından göründüyü kimi, içliyində qozdan istifadə edilir. Xəmiri qat-qat olduğuna görə Quba qozçörəyinin özünəməxsus dadı, ləzzəti olur", - deyə Quba sakini İradə Abbasova söyləyib.
Qubada hazırlanan qozçörəyi üzərinə çəkilən naxışları ilə diqqət çəkir. Adətən şirniyyatın üzərinə sünbül və gül formasında bəzək vurulur. Amma bu sahədə xüsusi istedadı ilə seçilən evdar xanımlar var ki, qozçörəyi üzərinə naxışları zövqlə və fərqli formada çəkir.
Yeganə Paşayeva: "Naxışlardan əlavə qozçörəyinin üzərində hər kəs sevimli övladlarının, hərbi xidmətdə olan əsgər balalarının, nişanlı qızlarının adını yazır. Onlar da şirniyyatın üzərində öz adlarını görüb sevinirlər. Qozçörəyi ay formasında bişirilir. Amma sobaya qoyulan sonuncu qozçörəyi günəş formasında olur. Həmişə də uşaqlar səbirsizliklə gözləyirlər ki, həmin fərqli qozçörəyi kimə qismət olacaq".
Qubada bayram süfrəsi üçün bişirilən şirniyyatlardan bütün qonşulara, yaxın qohumlara pay vermək ənənəsi də var.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Kenquru dönəri hazırladı: Sosial şəbəkədə gündəm olan Video
-
Kotleti qat-qat dadlı və şirəli edən ədviyyat
-
Suyu bulanmayan və əriməyən, xırt-xırt kələm turşusu resepti
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Unsuz kokoslu peçenye resepti
XƏBƏR LENTİ
-
Gündə 1 çay qaşığından çoxu zərərlidir: Təzyiq xəstələrinin uzaq durmalı olduğu 3 qida
-
Ən çox qəhvə içilən ölkələr
-
“Mən varlıları sevmirəm” – Cavan Zeynallı ilə müsahibə
-
Yasamalda sakinlərlə tikinti şirkəti arasında qiymət mübahisəsi - (Video)
-
Axşam yeməyində makaron yemək bu 2 səbəbə görə kökəltmir
-
“Özcan məni ölümlə hədələyir” - müğənninin qardaşı - (Foto)
-
Ronaldo milli komandanı tərk etməsi ilə bağlı açıqlama yayıb
-
“Eşref” geri qayıdır
-
Zığ şosesində yük avtomobili aşdı, yol bağlandı - Yenilənib (Foto)
-
"Barselona" Holann üçün 151 milyon avro təklif edəcək
-
Günün qoroskopu: Şəxsi həyatınız enişli-yoxuşlu olmağa davam edir
-
Sabah Yasamalda işıq olmayacaq
-
Kürdəmirdə işçilər xəbərdarlıq edilmədən işdən çıxarıldı - (Video)
-
Ronaldo millinin düşərgəsini tərk edib
-
Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - (Video)
-
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
-
Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib
-
Getdiyi sürətlə körpüyə çırpıldı - Hadisə yerindən (Video)
-
Netanyahu 150 nəfəri xilas edn qəhrəman sərnişinlə görüşdü - (Video)
-
Altı dəfə Fransa çempionu olan klub 2 manata satıldı
-
İspaniyanın ən yüksək maaş alan idmançısı
-
Azərbaycan sahillərinin yeni müdafiəçisi: "BARBAROS" sistemi tədarük olunacaq
-
Krista Paykın edamı təxirə salındı
-
Baş prokuror: Cinayətlərin təxminən yarısı yeni texnologiyalar vasitəsilə törədilir - müsahibə





