Nəcəfdə Qarabağ şəhidlərinin anım mərasimi keçirildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün İraqın müqəddəs Nəcəf şəhərində Qarabağ şəhidlərinin anım mərasimi keçirilib.
Nəcəf şəhərindəki Əhli-beyt hüseyniyyəsində baş tutmuş tədbirdə İraq dini mühitinin görkəmli şəxsləri, elm xadimləri, ictimaiyyət və KİV nümayəndələri, şəhər sakinləri, İraqda təhsil alan xarici tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nəcəfdə təhsil alan azərbaycanlı tələbələrimiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin tarixi haqqında məlumat vermiş, ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərdən danışıblar. Tədbirdə Azərbaycan Ordusunun Qarabağ torpağını azad etmək uğrunda apardığı şanlı mübarizədən söhbət açılıb, Gəncə və Bərdə şəhərlərinin ermənilər tərəfindən atəşə tutulması, nəticədə onlarla dinc sakinin qətlə yetirilməsi də qeyd olunub. Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan qədimdən bəri böyük alimlərin vətəni olmuşdur, repressiya illərində onların böyük hissəsi məhv edilsə də bir çox alimlərimiz dünyanın müxtəlif bölgələrində, o cümlədən, Nəcəf dini elmlər mərkəzində uğurla tədris və təhsil fəaliyyəti göstərmişlər. Eləcə də Azərbaycan Ordusunun işğal altında olan tarixi abidələrin, ermənilərin hətta donuz saxladıqları məscidlərin azad edilərək təmizləndiyi və hal-hazırda bu məkanların ibadət üçün bərpa olunduğu nəzərə çatdırılıb, gələcəkdə isə onların hamısının yenidən təmir olunacağı Azərbaycan Prezidenti tətəfindən elan olunubdur.
Tədbirdə Nəcəf dini elmlər mərkəzinin görkəmli alimləri, ali səviyyəli din xadimləri, dünyanın müxtəlif ölkələrindən burada dini təhsil alan tələbələr, İraqın türkmən icmasının üzvləri, İraqın nüfuzlu müctəhidlərinin ailə üzvləri və nümayəndələri, Kufə Universitetinin elmi heyəti, İraqda məskunlaşmış ərəb qəbilələrinin başçıları iştirak ediblər. Anım mərasimində Nəcəf şəhərinin məşhur din xadimləri, Nəcəf hövzəsinin tanınmış ustadları, universitet müəlimləri və başqaları çıxış etmişlər. Çıxış edənlər Azərbaycan xalqının qələbə sevincinə şərik olduqlarını bildirərək, şəhidlərin ruhuna rəhmət oxuyub, yaralılara şəfa diləyiblər. Qeyd edilib ki, bu tədbir müsəlman həmrəyliyinin bariz nümunəsidir və Nəcəf dini elmlər mərkəzi İslam həmrəyliyi ənənəsini davam etdirərək Azərbaycan xalqının yanında olduğunu bir daha bəyan edir.
Tədbirdə Qarabağın birmənalı olaraq Azərbaycan torpaqları olması vurğulanıb, Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş bir şox hərbçilərin, o cümlədən, Mübariz İbrahimov, general Polad Həşimov, Şükür İlyasov, Tərlan Quliyev, Cəbrayıl Dövlətzadə, Elməddin Vəlişov, Maarif Səfərov və başqalarının şəkilləri tədbirin keçirildiyi məkanda nümayiş etdirilib. Anım mərasiminə aid plakatlardan birinin üzərində bu sözlər yazılıb: "Azərbaycanın qələbəsi və İslam torpaqlarının Azərbaycan Ordusunun qanı bahasına qaytarılması bütün müsəlmanların qələbəsidir!"
Anım mərasimi İraqın televiziyaları və İraq KİV-ində işıqlandırılıb.
İraqdakı silsilə tədbirlərin yaxın günlərdə davam etdiriləcəyi nəzərdə tutulur. O cümlədən, Kərbəla şəhərində, İmam Hüseynlə Həzrət Abbasın müqəddəs məzarları arasındakı "Beynəl-hərəmeyn" adlanan ərazidə Qarabağ şəhidlərinin portretlərini əks etdirən plakatların nümayiş etdirilməsi planlaşdırılır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
31 Mart soyqırımından 108 il ötür
-
Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - İcma
-
Millimizin 68 faizi
-
“Erməni xalqı qorxaqdır, gələcəyi yoxdur” - Ovannisyan
-
Ermənistan üçün son 24 saat - Brüsseldən nəyin ANONSU VERİLƏCƏK? Sülh, yoxsa savaş...
-
"Ermənistan ikiüzlülüyünə görə lazım olan cavabı alır" - Professor açıqladı
XƏBƏR LENTİ
-
Enerjini azaldan gündəlik səhvlər
-
Pendirli və göyərtili toyuq kotleti resepti
-
Hollivud məşuqələri: Evli kişilərlə görüşən 5 ulduz
-
Mineral suyu belə içənlər bütün şəfasını çölə atır: İllərdir səhv içirmişik
-
Tramp: “Süni İntellekt Qüvvələri” yaradılıb
-
Bilgəh qocalar evində 78 yaşlı qadının başqa müəssisəyə köçürülməsi etiraz doğurdu - (Video)
-
“Çox utandım, alt paltarlarımı satışa çıxarmışdılar“ - Şeron Stoun
-
Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında 20 sentyabr - Azərbaycanın Dövlət Suverenliyi Günü ilə bağlı video paylaşılıb - (Video)
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
-
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir
-
Günün qoroskopu: Özünüzə qarşı həddindən artıq tələbkar olmayın
-
Azərbaycanda Dövlət Suverenliyi Günüdür
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
61 yaşlı Monika Belluççi - (Foto)
-
"Böyük klub olmaq istəyiriksə..." - Valdas Dambrauskas
-
Bakıda məktəbin həyətində yanğın baş verib - (Foto)
-
Müğənni Dmitri Bikbayevin konsertdə əli trosdan sürüşdü, yıxıldı - (Video)
-
“Trabzonspor” “Qalatasaray”ı darmadağın edib
-
Serenay Sarıkayanın bir ev qiymətinə olan saatı - (Foto)
-
Əraqçi: İran ilə ABŞ arasında danışıqlar davam edir
-
Paşinyan yenə öz ampulasında - (Video)
-
İran müharibənin dayandırılması üçün şərtlərini ABŞ-yə göndərib
-
Rövşən Cahangirov uzun illər sonra efirə qayıdır





