Ermənistan-Azərbaycan münaqişəsi

Abxaziyalı separatçı Dağlıq Qarabağa muzdlu dəstə yollayır - FOTO

6 Noyabr 2020 17:24
Baxış: 2 209
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Donbasdakı fəaliyyəti ilə tanınmış terrorçu Axra Avidzba (Abxaz) etnik ermənilərdən ibarət qrup toplayaraq Qarabağda döyüşlərə yollanacağını bildirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə rusiyalı hərbi jurnalist Aleksandr Kots bildirib.

O qeyd edib ki, Axra Avidzba Abxaziyadan olan etnik ermənilərdən qrup toplayıb. Onlar bu günlərdə Qarabağda döyüşmək üçün yola düşəcəklər. Hələlik qruplaşmanın neçə nəfərdən ibarət olacağı barədə məlumat yoxdur.

Sosial şəbəkə üzvləri isə "etnik ermənilər"in fotoları çəkilən yerə diqqət etdikdə oranın Rusiyanın Soçi şəhəri olduğunu bildiriblər. Qeyd olunub ki, Rusiya Ermənistanı Qarabağ münaqişəsində dəstəkləmir və həmin şəxslər etnik erməni deyil, əsl muzdlulardır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.