Ermənistan-Azərbaycan münaqişəsi

MN: Ermənistandan hərəkət edən S-300 ZRK anında məhv ediləcək

29 Sentyabr 2020 15:37
Baxış: 9 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Döyüşlərdə tətbiq edilməsi üçün Ermənistandan hərəkət edən S-300 ZRK işğal onunmuş ərazilərimizə daxil olduğu anda məhv ediləcək".

Milli.Az bildirir ki, bunu Müdafiə Nazirıliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, əldə etdiyimiz kəşfiyyat məlumatına əsasən, Yerevanın hava məkanını müdafiə edən S-300 zenit-raket kompleksləri (ZRK) döyüş növbətçiliyindən çıxarılaraq işğal onunmuş ərazilərimiz istiqamətində hərəkət edir:

"Bildiririk ki, onları da Ordumuz tərəfindən Dağlıq Qarabağda Ermənistan ordusunun məhv edilən digər döyüş texnikalarının aqibəti gözləyir. Son döyüşlər bir daha göstərir ki, Ermənistan ordusunun məğlubedilməzliyi barədə yaradılan mif əsassızdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.