Ermənistan-Azərbaycan münaqişəsi

İranlı millət vəkili Dağlıq Qarabağ münaqişəsinin həll yolundan danışdı

22 Sentyabr 2020 20:09
Baxış: 1 150
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Dağlıq Qarabağ münaqişəsi siyasi yolla həll olunmalıdır".

Milli.Az bildirir ki, bunu APA-nın İran müxbirinə açıqlamasında İran parlamentinin Ərdəbil əyalətinin Parsabad şəhərindən olan millət vəkili Abbas Cahangirzadə deyib.

O bildirib ki, münaqişənin həlli hər iki ölkənin xeyrinədir: "İran da bu yolda önəmli addımlar atır və münaqişənin sülh yolu ilə həllində maraqlıdır".

İran və Azərbaycan xalqlarının çoxlu oxşarlıqlarının olduğunu vurğulayan A. Cahangirzadə qeyd edib ki, Azərbaycan və İran xalqları müştərək din və mədəniyyətə sahibdir və bu, hər iki xalqı daha da yaxınlaşdırır: "Elə bu səbəbdən də Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlıyıq və müharibənin olmasını istəmirik".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.