Moldova KİV-i Ermənistanın işğal siyasətindən yazdı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Moldova Respublikasının nüfuzlu saytlarından olan locals.md saytı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyevin müsahibəsini yayımlayıb.
İcmadan Milli.Az-a verilən məlumata görə, müsahibədə Tural Gəncəliyev diqqəti Ermənistanın təcavüzkar siyasətinə yönəldərək 30 ilə yaxındır ki, məhz rəsmi Yerevanın bu qeyri-kostruktiv siyasəti nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamasının səbəblərini açıqlayır.
"Bütün dünya ölkələri Azərbaycan Respublikasının qədim əraziləri olan Dağlıq Qarabağ və ona bitişik 7 inzibati bölgənin Ermənistan tərəfindən işğal olunduğunu qəbul edir. Lakin Ermənistan işğal siyasətini gizlətmək üçün "öz müqəddəratını təyinetmə" ifadəsindən istifadə etməyə çalışır. Öz müqəddəratını təyinetmə hüququ yüz minlərlə azərbaycanlıya qarşı aparılan işğal və etnik təmizləmələr, habelə Xocalı şəhərində olduğu kimi günahsız vətəndaşların öldürülməsi ilə izah edilə bilməz" -deyə müsahibədə bildirilib.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı beynəlxalq təşkilatlar müvafiq qətnamələr qəbul etsələr də rəsmi Yeravan sənədlərə məhəl qoymur. "1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğalını tanıyan dörd qətnaməsi də münaqişənin hüquqi əsası kimi vacibdir. Təhlükəsizlik Şurası bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdi və Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdı. Bütün bunlara əlavə olaraq ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Avropa Birliyi, NATO və s. daxil olmaqla çoxsaylı beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qətnamələr qəbul etdilər. Çox vacib hesab etdiyim bir xüsusi sənədi vurğulamaq istərdim - bu, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci il tarixli "Çıraqov başqalarına qarşı" məhkəmə işində verdiyi qərardır. Məhkəmə bu sənəddə Ermənistan Respublikasının işğal olunmuş Azərbaycan torpaqlarında insan hüquqlarının pozulmasına görə cavabdeh olduğuna qərar verdi. Düşünürəm ki, bu sənədlərdən sonra işğalçı ölkənin kim olduğuna şübhə olmamalıdır".
İcma rəhbəri müsahibəsində Dağlıq Qarabağın tarixi azərbaycan torpaqları olduğunu faktlarla qeyd edərək Ermənistan tərəfindən orda aparılan etnik təmizləmə siyasətini oxucuların diqqətinə çatdırıb.
Məqaləyə keçid : https://locals.md/2020/tural-gyandzhaliev/
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
31 Mart soyqırımından 108 il ötür
-
Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - İcma
-
Millimizin 68 faizi
-
“Erməni xalqı qorxaqdır, gələcəyi yoxdur” - Ovannisyan
-
Ermənistan üçün son 24 saat - Brüsseldən nəyin ANONSU VERİLƏCƏK? Sülh, yoxsa savaş...
-
"Ermənistan ikiüzlülüyünə görə lazım olan cavabı alır" - Professor açıqladı
XƏBƏR LENTİ
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
-
Zərdabda 5 nəfərin öldüyü hadisənin təfərrüatı - (Foto)
-
İranda dollar yenə bahalaşdı
-
“Qız qalası” yenidən səhnəyə qayıdır! - (Foto)
-
"Bir oyun idi oynadıq, bitdi getdi" - Nigar Tofiqqızının nişanı qayıtdı
-
İsmayıllıda baş vermiş zəhərlənmə hadisəsinin səbəbi açıqlandı
-
Messi bu ispan klubunu alır
-
Suriyada silah-sursat anbarı partladı: Ölən və yaralananlar var
-
Özəl bağçalara uşaqların qeydiyyatı başlayır
-
Kirill Budanov Rusiyada qiyabi həbs edildi
-
Türkiyədə 64 il həbs cəzası olan qadın canlı yayımda tutuldu - (Video)
-
"Mançester Yunayted"lə tarixi matç öncəsi "Sabah"da ciddi itki
-
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı





