Ermənistan-Azərbaycan münaqişəsi

XİN: “Azərbaycan regionda sülh və stabilliyə nail olunmasına yönəlmiş bütün səyləri alqışlayır”

9 Aprel 2010 15:17
Baxış: 179
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
O, bildirib ki, Azərbaycan regionda sülh və stabilliyə nail olunmasına və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində beynəlxalq hüquq normalarına və prinsiplərinə uyğun olaraq Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə həllinə yönəlmiş bütün səyləri alqışlayır. Elxan Poluxovun sözlərinə görə, bunun üçün ilkin şərt Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunmasıdır.

Qeyd edək ki, İranın xarici işlər naziri Mənüçöhr Mottəki bildirib ki, rəsmi Tehran Dağlıq Qarabağ probleminin həlli üzrə təkliflərini münaqişə tərəflərinə təqdim edib: "Ümid edirik, tərəflər problemin həlli ilə əlaqədar müsbət addımlar atacaqlar".

/Trend/

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.