Ermənistan-Azərbaycan münaqişəsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-dakı Azərbaycan diasporu Şuşanın işğalının ildönümü ilə bağlı kampaniya keçirir
29 Aprel 2011 12:29
Baxış: 253
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ-dakı Azərbaycan diasporu Şuşa kampaniyası keçirir. Artıq dördüncü ildir, keçirilən kampaniya çərçivəsində diaspor üzvləri seçkili rəsmilərə yüzlərlə məktub göndərərək, Şuşanın ermənilər tərəfindən işğalı və Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti barədə məlumat verirlər.
"ABŞ-da yaşayan 400 000 və bütün dünyada yaşayan 40 milyon azərbaycanlı adından BMT-yə müraciət edərək, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin, BMT Baş Məclisinin A/RES/48/114 və digər qətnamələrinin həyata keçirilməsi üçün ciddi addımlar atmağı tələb edirik", - deyə məktublarda bildirilir və bu qətnamələrin erməni qüvvələrinin Azərbaycan ərazilərindən qeydsiz-şərtsiz çıxmasını tələb etdiyi vurğulanır.
Diaspor üzvləri məktubda belə bir sual da qaldırırlar: "Əgər BMT Təhlükəsizlik Şurasının və Baş Məclisinin qətnamələri yerinə yetirilmirsə, onda onların nə əhəmiyyəti var?"
Məktub müəllifləri bildirirlər ki, Ermənistan bu qətnamələrə məhəl qoymur: "Bu vəziyyət ABŞ Konqresi və administrasiyası, bütün beynəlxalq ictimaiyyətin gözü önündə nə vaxtadək davam edə bilər? Bu il mayın 8-də Azərbaycanın tarixi Şuşa şəhərinin işğalının və dağıdılmasının 19-cu ildönümüdür. Şuşa bir vaxtlar Azərbaycan klassik musiqisinin mərkəzi, şərqin il operasının beşiyi olub. Şuşa musiqiçiləri, bəstəkarları və xanəndələri ilə tanınıb. İndi isə bu şəhər xarabaya çevrilib, Ermənistanın işğalçı, dağıdıcı və sistematik etnik təmizləmə siyasətinin qurbanı olub. Qeyd etmək lazımdır ki, 1992-ci ilədək Azərbaycanın Dağlıq Qarabağ vilayətinin ən mühüm və tanınan şəhəri olan Şuşanın əhalisinin 92%-i azərbaycanlılar olub. Şuşa erməni qüvvələri tərəfindən Xocalıda 613 dinc azərbaycanlının öldürülməsi ilə nəticələnən qətliamdan iki ay sonra işğal olunub".
Məktubda daha sonra bildirilir: "Amerikada və bütün dünyada yaşayan azərbaycanlılar adından Sizdən xahiş edirik ki, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli, BMT TŞ və Baş Məclisinin qətnamələrinin yerinə yetirilməsi üçün səylərinizi əsirgəməyəsiniz. Sizdən xahiş edirik ki, erməni işğalına son qoyulmasına, Azərbaycan ərazisində qanunsuz yerləşmiş erməni hərbi qüvvələrinin buradan çıxarılmasına, azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına, Naxçıvanın blokadasının aradan qaldırılmasına, bütün hərbi əsirlərin və itkin düşmüşlərin qaytarılmasına yardım edəsiniz".
Qeyd edək ki, artıq diasporun məktubuna cavablar da var. Merilend ştatından olan demokrat senator Barbara A. Mikulski cavab məktubunda Azərbaycan diasporunun BMT qətnamələrinin yerinə yetirilməsi ilə bağlı çağırışını yüksək qiymətləndirib.
APA

DİGƏR XƏBƏRLƏR
-
31 Mart soyqırımından 108 il ötür
-
Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - İcma
-
Millimizin 68 faizi
-
“Erməni xalqı qorxaqdır, gələcəyi yoxdur” - Ovannisyan
-
Ermənistan üçün son 24 saat - Brüsseldən nəyin ANONSU VERİLƏCƏK? Sülh, yoxsa savaş...
-
"Ermənistan ikiüzlülüyünə görə lazım olan cavabı alır" - Professor açıqladı
XƏBƏR LENTİ
-
“Mustafa”nın yeni layihəsi bəlli oldu
-
Günün qoroskopu: Hər kəsin yükünü üzərinizə götürməyin
-
Rusiya ilə dost ola bilərik - Zelenski
-
Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
-
Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - (Video)
-
“Nvidia”nın həmtəsisçisi vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı
-
Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev
-
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - (Video)
-
Əməkdar müəllim faciəvi şəkildə öldü
-
"Barselona" Bakıya gəlib - (Video)
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - (Foto)
-
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
-
İnterpol iki azərbaycanlı qadını axtarır
-
Sabiq vəzifəli şəxs vəfat etdi
-
Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
-
Sabunçuda “Chevrolet” yandı
-
Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı
-
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib - (Video)
-
Qızıl bahalaşdı
-
Maaşda Bakını üstələyən rayon və şəhər açıqlandı
-
Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun (Fotoları)