İran

İran “Qəzza” adlı PUA-nı təqdim etdi

21 May 2021 18:52
Baxış: 1 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) 3 strateji hərbi məhsulun təqdimatını keçirib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, təqdimat mərasimində SEPAH-ın komandanı general-mayor Hüseyn Səlami iştirak edib.

Təqdimat mərasimində ilk olaraq "Qəzza" adlı super-ağır və geniş gövdəli pilotsuz uçuş təyyarəsi (PUA) təqdim olunub. Bildirilib ki, PUA 35 saat müddətində havada qalır, müşahidə, döyüş və kəşfiyyat əməliyyatları həyata keçirir. Pilotsuz uçuş təyyarəsi 13 bomba daşıma, 2 min km məsafədə əməliyyat keçirmə gücünə malikdir.

Bundan başqa, "9 dey" zenit-raket kompleksi də təqdim olunub. Zenit-raket kompleksi kruz raketləri, döyüş təyyarələri və pilotsuz uçuş təyyarələrini məhvetmə gücünə malikdir.

Üçüncü məhsul isə "Qüds" kiçik radar sistemidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.