İran

İrandan Trampın ultimatumuna CAVAB

6 Aprel 2026 10:00
Baxış: 583
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tehran ABŞ Prezidenti Donald Trampın aprelin 7-dək razılaşma əldə olunması ilə bağlı ultimatumuna reaksiya verib.

Milli.Az xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı yayıb.

Belə ki, İran tərəfi ABŞ prezidentinin Hörmüz boğazında hərəkətin məhdud qalacağı təqdirdə energetika infrastrukturuna zərbə endirmək hədələrinə cavabını açıqlayıb.

Yüksəkvəzifəli İran rəsmisi bildirib ki, bu strateji dəniz yolu yalnız müharibə nəticəsində dəyən maliyyə zərəri "tam şəkildə kompensasiya olunduqdan sonra" tam açıq olacaq.

İran prezident administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə müavini Məhəmməd Mehdi Təbatəbai isə Trampın ultimatumunu sərt tənqid edib.

Onun sözlərinə görə, ABŞ liderinin bəyanatı kobud ifadələrlə doludur və onun dərin ümidsizliyini və qəzəbini əks etdirir.

"Bu, mülki əhaliyə qarşı terrora açıq çağırış və hərbi cinayət törətmək niyyətinin açıq göstəricisidir. Beynəlxalq ictimaiyyət və bütün ölkələr belə dəhşətli hərbi cinayətlərin qarşısını almaq üçün hüquqi məsuliyyət daşıyır", - deyə bəyanatda qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.