İranın İsfahan əyalətində yerləşən Dorçe şəhərində helikopter qəzası baş verib. Helikopter Xomeynişəhr şəhəri yaxınlığında yerləşən bağçılıq kompleksinin ərazisinə düşüb.
Milli.Az.Az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
"Bir neçə dəqiqə əvvəl helikopter Xomeynişəhr yaxınlığında yerləşən Dorçe şəhərində qəzaya uğrayıb", - məlumatda bildirilir.
Məlumata görə, helikopter İran ordusuna məxsus olub və təlim məqsədləri üçün istifadə edilib.
Qəza zamanı həm pilotun, həm də köməkçi pilotun həlak olduğu bildirilir.
Qəzanın səbəbi ilə bağlı təfərrüat hələlik rəsmi olaraq açıqlanmayıb.
Ayxan
Milli.Az





