Hadisə, Kriminal

Polis silah-sursat aşkarladı

24 Fevral 2026 12:08
Baxış: 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Milli.Az xəbər verir ki, fevralın 23-ü polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat, 1 qumbaraatan, 13 tüfəng götürüb.

Bundan başqa, 1 patron darağı, 1 mərmi və 8 ədəd patron da aşkar edilərək müvafiq qaydada götürülüb.

Tədbirlər davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.