Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Milli.Az xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova məlumat verib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbələr sayəsində xalqımıza qarşı etnik təmizləmələrə son qoyulub, Xocalı qurbanlarının qisası döyüş meydanında alınıb./Qafqazinfo
Milli.Az





