İran

İran Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını alqışlayır

9 Avqust 2025 10:51
Baxış: 686
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İran Azərbaycan və Ermənistan arasında sülh razılaşmasını müsbət qarşılayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanata əsasən, İran bu razılaşmanı regionda davamlı sülhün reallaşması istiqamətində önəmli addım olaraq qiymətləndirir.

Qeyd olunur ki, İran sülh və sabitliyin qorunması, ikitərəfli və regional əməkdaşlıq yolu ilə regionun iqtisadi inkişafı üçün Azərbaycan və Ermənistanla konstruktiv əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.