İran heç vaxt nüvə silahına sahib olmaq niyyətində olmayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Məsud Pezeşkian bildirib.
Fransa prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Pezeşkian qeyd edib ki, İsrailin İrana qarşı hücumları nüvə sahəsində aparılan danışıqlar prosesi ilə üst-üstə düşüb.
"Mən hakimiyyətə dünya ilə qarşılıqlı anlaşma və nüvə sahəsində konsensus axtarışı məqsədilə gəlmişəm, lakin ilk gündən İsrail bu məqsədə çatmağa mane olmağa çalışıb. İran həmişə dialoq və qarşılıqlı fəaliyyət yolu ilə nüvə sahəsində razılığa gəlməyə hazır olub. İranın təzyiq altında qeyri-rasional tələbləri və ikili standartları qəbul edəcəyini düşünmək yanlışdır," - deyə Pezeşkian vurğulayıb.
Milli.Az