Parisdə toy, İranda müharibə - Yaxın Şərqdə yeni bir səhifə açılır? - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin nəvəsi İman Pəhləvi ABŞ-lı yəhudi iş adamı ilə ailə qurdu - cəmi 4 gün sonra İsraildən İrana raket zərbəsi endirildi.
Milli.Az xəbər verir ki, Fransanın paytaxtı Paris 8 iyun tarixində xüsusi bir mərasimə ev sahibliyi edib.
İranın sürgündə olan şah ailəsinin üzvü, 31 yaşlı İman Pəhləvi, ABŞ-li yəhudi iş adamı Bred Şerman ilə toy mərasimi keçirib. Toyda İranın sürgündəki kral ailəsi üzvləri və beynəlxalq qonaqlar iştirak edib.
İman Pəhləvi daha əvvəl sevgilisi ilə Nyu-Yorkda rəsmi nikaha daxil olmuşdu. Parisdə keçirilən toy mərasimi isə onların evliliklərini rəsmiləşdirməklə yanaşı, siyasi simvolizm daşıyan bir hadisə kimi də qiymətləndirilir.
"Əgər 1979-cu il baş verməsəydi, bu toy dövlət səviyyəsində qeyd olunardı"
Sosial şəbəkələrdə toyla bağlı paylaşımlar diqqət çəkib. İranlı yəhudi bloqçu Nioh Berg platforma X (əvvəlki Twitter) üzərindən belə yazıb:
"Şahzadə İman Pəhləvi və Bred Şermanın toy günü münasibətilə bütün İran millətini təbrik edirəm! Ümid edirik ki, yaxın gələcəkdə Krallıq Ailəmizi İranda xalqla birgə görə biləcəyik. 1979 heç yaşanmasaydı, bu toy dövlət mərasimi olardı".
Toydan 4 gün sonra İsrail hücumu: Təsadüf, yoxsa mesaj?
Toydan cəmi dörd gün sonra - 12 iyun tarixində İsrail İrana qarşı genişmiqyaslı raket hücumu həyata keçirdi. Təl-Əvivin yönəltdiyi zərbələrdə Tehran, Natanz kimi strateji əhəmiyyətli bölgələrin vurulduğu bildirilir. ABŞ-nin bu əməliyyata dolayı dəstək verdiyi də iddialar arasındadır.
Analitiklər toy və hücumun zamanlamasını təsadüf saymır. Pəhləvi ailəsinin Qərb dairələri ilə yaxın əlaqələri fonunda bu hadisələr Yaxın Şərqdə yeni siyasi düzən ehtimallarını gücləndirib.
Netanyahudan diqqətçəkən mesaj
İsrail Baş naziri Benyamin Netanyahu əməliyyatla bağlı verdiyi açıqlamada hücumun İran xalqına qarşı yox, İslam rejiminə qarşı yönəldiyini vurğulayıb:
"İranın qürurlu xalqına səslənirəm. Biz "Yüksələn Aslan" əməliyyatının ortasındayıq. Təxminən 50 ildir sizə zülm edən İslam rejimi İsraili məhv etməklə hədələyir. Bizim məqsədimiz bu təhdidi aradan qaldırmaq və sizin azadlığınıza gedən yolu açmaqdır".
Şah tərəfdarları yenidən səhnədə
Hazırkı İran rejiminə qarşı müxalif olan çevrələrdə Pəhləvi ailəsi simvolik liderlik ümidini yaşadır. Bu toy hadisəsi onların daha da ön plana çıxmasına səbəb olub. ABŞ və İsrailin bu kontekstdəki addımları isə Orta Şərqdə güc balansının dəyişə biləcəyinə dair sualları gündəmə gətirib.
İman Pəhləvinin Parisdəki toy mərasimindən görüntülər:
Kənan
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq





