İran

Gündəlik Tehran-Bakı reysləri açıldı

6 May 2025 11:24
Baxış: 584
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gündəlik Tehran-Bakı reysləri açılıb.

Milli.Az APA-ya istinadla xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Fatimə Mühacirani mətbuat konfransında bildirib.

"Prezident Məsud Pezeşkianın Azərbaycana ilk səfəri fonunda ikitərəfli siyasi etimadın yaradılması istiqamətində strateji əməkdaşlıq və iqtisadi diplomatiyaya dair hərtərəfli sənəd layihəsinin hazırlanması və özəl sektor investorları ilə çoxsaylı görüşlərin keçirilməsi barədə razılıq əldə olunub. Bu səfərin nəticəsi olaraq uzun müddətdir həyata keçirilməyən gündəlik Tehran-Bakı reysləri açılıb", - o qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.