Rusiyanın "xain" elan etdiyi balerina Ağ Evdə - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
ABŞ Prezidenti Donald Tramp 15 ay Rusiyada həbsdə qalan rus-amerikalı balerina Kseniya Karelina ilə Ağ Evdə görüşüb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, prezident onu rəsmi şəkildə vətənə qayıtması münasibətilə salamlayıb.
"Təbrik edirəm" - deyə 78 yaşlı Tramp Oval kabinetdə baş tutan və mətbuata qapalı olan görüşdə Karelinanın əlini sıxarkən bildirib. Görüşdən 14 saniyəlik video Ağ Evin mətbuat müşaviri Marqo Martin tərəfindən sosial şəbəkədə paylaşılıb. Tramp kadrda görünməyən şəxsə müraciət edərək deyib: "İndi başa düşürəm ki, niyə onu həbsdən çıxarmaq üçün bu qədər çalışdınız".
Kseniya Karelina isə ürəyinin üstünə əlini qoyaraq "Çox sağ olun" deyib. Trump isə cavab verib: "Bu, mənim üçün böyük şərəfdir".
Qeyd edək ki, Karelina ötən ay ABŞ-yə qayıdıb. Onun azad olunması Trump administrasiyasının 10 aprel tarixində apardığı məhbus mübadiləsi nəticəsində mümkün olub. Kreml onu Ukraynaya dəstək verən xeyriyyə fonduna 51 dollar ianə etdiyi üçün xəyanət ittihamı ilə 12 il cəza koloniyasına göndərmək istəyirdi. O, 2024-cü ilin yanvarında Yekaterinburq şəhərində ailəsini ziyarət edərkən həbs olunmuşdu. ABŞ vətəndaşlığı daşıyan Karelina Moskvadan Qərbə qarşı hücum başlayanda bu ianəni etmişdi. Rusiya onu Ukrayna Silahlı Qüvvələri üçün taktiki tibbi ləvazimatlar və sursat alınmasına kömək etməkdə ittiham edib.
İsmayıl
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Nepalda iki turist helikopteri toqquşdu
-
Kremlin saatı 10 gün işləməyəcək
-
Çinin modernləşməsinin idarəetmə əsasları - 5-ci Plenumda nələr müzakirə edildi?
-
Alen Simonyan İrəvan meri olmaq istəyir - Avinyana rəqib çıxdı
XƏBƏR LENTİ
-
İnsanları maqnit kimi cəlb edirlər - 4 xüsusi doğum günü
-
“Eşref Tek”in tərəf müqabili açıqlandı
-
"Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
-
Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni (Fotoları)
-
Azərbaycanda molla arvadını qətlə yetirdi - təfərrüat
-
Günün qoroskopu: Maliyyə vəziyyətiniz yaxşılaşacaq
-
Leyla Əliyeva “Sayrışan simvollar” adlı sərgidən görüntülər paylaşıb - (Video)
-
Bakıda iki “KamAZ” toqquşdu - Yaralılar var - (Video)
-
Leyla Əliyeva Rusiyanın Xalq artisti Gennadi Xazanov ilə görüşü ilə əlaqədar paylaşım edib - (Foto)
-
İki nəfərin öldüyü “Şəki Yaylası” istirahət mərkəzi bağlandı
-
Xırdalanda 12 yaşlı qız itkin düşüb
-
Paltar reklamı, yoxsa əxlaqsızlığın reklamı? - Jurnalist Orxan Rasifoğlu yazır
-
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar - (Foto)
-
"Pis vərdişlərdən uzaqlaşdım, 9 kiloqram arıqladım" - İbrahim Borçalı
-
Həm avtomobillərindən, həm də pullarından oldular - (Video)
-
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
-
Fərhad Quliyev Ukraynada yüksək vəzifəyə təyin olundu
-
Goranboyda avtomobil dərəyə aşıb, sərnişin ölüb
-
İlyas Yalçıntaş sərbəst buraxıldı
-
Sabah Şərurun 18 kəndində işıq kəsiləcək
-
Türkiyə Heydər Əliyev parkı ilə bağlı yayılan məlumatları təkzib etdi
-
Bakıda torpaq sahələri bahalaşdı
-
Natiq Nağıyev vəzifəsindən azad edildi
-
Rusiyada ağır qəzada həlak olan azərbaycanlıların fotosu - Yenilənib





