Rusiyanın "xain" elan etdiyi balerina Ağ Evdə - FOTO

6 May 2025 11:30

ABŞ Prezidenti Donald Tramp 15 ay Rusiyada həbsdə qalan rus-amerikalı balerina Kseniya Karelina ilə Ağ Evdə görüşüb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, prezident onu rəsmi şəkildə vətənə qayıtması münasibətilə salamlayıb.

"Təbrik edirəm" - deyə 78 yaşlı Tramp Oval kabinetdə baş tutan və mətbuata qapalı olan görüşdə Karelinanın əlini sıxarkən bildirib. Görüşdən 14 saniyəlik video Ağ Evin mətbuat müşaviri Marqo Martin tərəfindən sosial şəbəkədə paylaşılıb. Tramp kadrda görünməyən şəxsə müraciət edərək deyib: "İndi başa düşürəm ki, niyə onu həbsdən çıxarmaq üçün bu qədər çalışdınız".

Kseniya Karelina isə ürəyinin üstünə əlini qoyaraq "Çox sağ olun" deyib. Trump isə cavab verib: "Bu, mənim üçün böyük şərəfdir".

Qeyd edək ki, Karelina ötən ay ABŞ-yə qayıdıb. Onun azad olunması Trump administrasiyasının 10 aprel tarixində apardığı məhbus mübadiləsi nəticəsində mümkün olub. Kreml onu Ukraynaya dəstək verən xeyriyyə fonduna 51 dollar ianə etdiyi üçün xəyanət ittihamı ilə 12 il cəza koloniyasına göndərmək istəyirdi. O, 2024-cü ilin yanvarında Yekaterinburq şəhərində ailəsini ziyarət edərkən həbs olunmuşdu. ABŞ vətəndaşlığı daşıyan Karelina Moskvadan Qərbə qarşı hücum başlayanda bu ianəni etmişdi. Rusiya onu Ukrayna Silahlı Qüvvələri üçün taktiki tibbi ləvazimatlar və sursat alınmasına kömək etməkdə ittiham edib.

İsmayıl
Milli.Az