İran

Xamenei bilirdi, Nəsrullaha generalla xəbər göndərmişdi

3 Oktyabr 2024 20:41
Baxış: 1 614
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın dini rəhbəri Əli Xamenei Hizbullah lideri Həsən Nəsrullaha həyatının təhlükədə olması ilə bağlı xəbərdarlıq etmişdi və onun Livandan çıxmasını istəmişdi.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Royters" üç İran mənbəsinə istinadla məlumat yayıb.

Məlumata görə, 17 sentyabrda Hizbullah üzvlərinə məxsus peycerlərin partlamasından sonra Xamenei Həsən Nəsrullahın yanına xüsusi nümayəndə göndərərək, həyatının təhlükədə olduğunu deyib.

Adı açıqlanmayan İran mənbəsi bildirib ki, Xameneinin mesajını Həsən Nəsrullaha SEPAH generalı Abbas Nilfuruşan çatdırıb.

Qeyd edək ki, Abbas Nilfuruşan İsrailin Həsən Nəsrullahın gizləndiyi sığınacağa endirdiyi hava zərbələri nəticəsində onunla birgə həlak olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.