İran

İranın Ali Lideri səs verdi - FOTO

28 İyun 2024 10:43
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei bu gün keçirilən növbədənkənar prezident seçkilərində səs verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İranın Ali Lideri İmam Xomeyni adına ibadət mərkəzində yaradılan seçki məntəqəsində səsvermədə iştirak edib.

Səsvermədən sonra jurnalistlərə açıqlama verən İranın Ali Lideri bildirib ki, İran vətəndaşlarının səsvermədə aktiv iştirakı və seçicilərin sayının artması İran üçün qətiləşmiş ehtiyacdır.

Xamenei prezident seçkilərinin önəminə diqqət çəkib və vətəndaşların seçimi ilə 4 il ərzində prezident tərəfindən ölkənin idarə olunacağını bildirib.

Qeyd edək ki, bu gün (28 iyun) yerli vaxtla saat 08:00-da İranda növbədənkənar prezident seçkiləri başlayıb. 14-cü çağırış prezident seçkilərində 61 452 321 seçici səsvermə hüququna malikdir.

Prezident seçkilərində 4 namizəd - Məsud Pezeşkian, Mustafa Purməhəmmədi, Səid Cəlili və Məhəmməd Baqir Qalibaf rəqabət aparacaq.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.