İran yenidən Zəngəzur məsələsinə qayıtdı – Xameneyidən mesaj
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyənləşir, dəhlizlə bağlı da danışıqlar davam edir və İran bu prosesə qarışa bilmir.
Milli.Az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
"İranın dini lideri Əli Xameneyinin mərhum prezident İbrahim Rəisinin vida mərasimində iştirak etmək üçün Tehranda olan Ermənistan baş naziri Nikol Paşinyanla görüşü zamanı söylədiyi bəzi fikirlərin alt qatı var. Xameneyi bildirib ki, mərhum prezidentin Ermənistanın sərhəd problemlərinə böyük həssaslığı vardı. O, bu həssaslıq və diqqətin bundan sonra da nəzərə alınacağını söyləyib.
Ermənistanın sərhədində hansı problemləri var?! Böyük ehtimalla dini lider bunu dedikdə ya Azərbaycanın Ermənistanla şərti sərhəddə strateji yüksəklərə nəzarət etməsi, ya da Zəngəzur dəhlizini nəzərdə tutub. Xameneyi Paşinyanı arxayın etmək istəyib ki, İranın gələcək prezidenti də məhrum Rəisi kimi Ermənistanın "sərhəd probleminə həssas yanaşacaq". İranın bu "həssaslığının" heç bir əhəmiyyəti yoxdur, Ermənistanla Azərbaycan arasında sərhədlər müəyyənləşir, dəhlizlə bağlı da danışıqlar davam edir və Tehran bu prosesə qarışa bilmir", - ekspert qeyd edib.
Elxan Şahinoğlu İranın dini liderinin başqa bir açıqlamasına da diqqət çəkib:
Xameneyinin "İran və Ermənistan arasında münasibətlərin əleyhdarları var, ona görə də hər iki ölkə ilə bağlı məsələlər böyük diqqətlə həll olunmalıdır" cümləsi isə elə Paşinyanın özünə mesajdır. Xameneyi "münasibətlərin əleydarları var" dedikdə birinci növbədə ABŞ-ni nəzərdə tutub. Ermənistan baş naziri İranla münasibətləri inkişaf etdirməklə yanaşı, Tehranın "Böyük Şeytan" adlandırdığı həmin Amerika ilə siyasi-hərbi mövzularda dialoqu genişləndirib. Bu siyasət Tehran və Qumun xoşuna gəlmir. Ona görə də Xameneyi "aramızdakı məsələlər diqqətlə həll olunmalıdır" ifadəsi ilə Ermənistan baş nazirini xəbərdar edib.
Paşinyan bir tərəfdən öz ölkəsində qarışıqlıq yaratmaq istəyən rayon səviyyəli din xadimi (Baqrat Qalstanyan) ilə mübarizə aparır, o biri tərəfdən də getdiyi ölkədə bir başqa din xadimi onun başına ağıl qoymağa çalışır".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
İranın neft naziri istefa verdi
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
“Müharibəyə hazırıq, Qiyamət gününədək davam etsə belə...” - Əraqçi
-
İrandan xəbərdarlıq: "Bütün region irimiqyaslı münaqişəyə qərq olacaq"
-
Əraqçi: Hörmüz boğazının açılması bu şərtlərin yerinə yetirilməsindən asılıdır
XƏBƏR LENTİ
-
Plener əsərlər sərgisi açılacaq
-
Pünhan Piriyev toyuna gəlməyən daha bir Xalq artistinin adını açıqladı - (Video)
-
Korrupsiya barədə məlumat verənlərə 20 min manat veriləcək?
-
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
-
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb - (Foto)
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
-
Azərbaycana məğlubiyyətə görə istefa verdi
-
"Bavariya" Harri Keyn barədə qərarını verdi
-
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı - (Yenilənib)
-
Qara dənizdə dronla vurulan gəmi ilə bağlı "PALMALI"dən açıqlama
-
Oqtay Kamil Samirəni görüb yıxıldı - (Video)
-
Zidan Fransa millisində tarixə düşdü
-
Azərbaycanda sanatoriyada meyit tapıldı
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
-
Sumqayıtda yol qazıldı, amma asfaltlanmadı - İcradan reaksiya
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?





