İran

Abdullahian dəfn edildi - YENİLƏNİB - FOTO

23 May 2024 14:53
Baxış: 1 907
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

14:53

Bu gün Tehranda İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian dəfn olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, İran xarici işlər naziri Tehranın Əbdüləzim Həsəni ziyarətgahında dəfn edilib.

Dəfn mərasiminə İran prezidentinin vəzifəsini icra edən Məhəmməd Moxber, xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Kəni və digər rəsmilər qatılıblar.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

-----------
11:13


Xəbər verdiyimiz kimi, helikopter qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian bu gün dəfn olunacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, artıq Abdullahianın dəfn mərasimi başlayıb.

Mərasimdə Xarici İşlər Nazirliyinin rəsmiləri, xarici ölkələrin nümayəndələri iştirak edirlər. 

Xatırladaq ki, Hüseyn Əmir Abdullahian Tehranda Şah Əbdül-Əzim abidə kompleksinin ərazisində dəfn ediləcək.

İran Prezidenti İbrahim Rəisinin cənazəsi də bu gün paytaxtdan doğulduğu Məşhəd şəhərinə aparılaraq orada dəfn ediləcək.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.